Ana səhifə » Mövqe » Bayram kimi festival

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Xəbər
May 26, 2019

Səhnə “Bizim Don Kixot”undur

Bayram kimi festival

İsti yay günləri. Dəniz kənarında bir şəhər və teatr festivalı. Təsəvvür edin ki, burada mənəvi istirahət üçün hər bir şərait var. Qalır, bu şəraitdən, daha doğrusu, o istirahətdən zövq almaq. Biz də bu istirahəti dəyərləndirənlərdən olduq. Belə ki, 1-5 iyun tarixlərində I Lənkəran Beynəlxalq Teatr Festivalı baş tutdu. Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalın son günündə yerli və xarici iştirakçıların təəssüratlarını xəbər aldıq. Onlar teatr festivalının bir bayram olduğunu və bu bayramdan zövq aldıqlarını bildirdilər.
“Festivalın keçirilməsi özü bir hadisədir”
Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, professor Azər Paşa Nemətov festivalın bir bayram olmasından və bu bayramda iştirakın nə qədər vacibliyindən danışdı: “Bizim bura toplanmağımzın əsas səbəbi I Lənkəran Beynəlxalq Teatr Festivalıdır. Lənkəran Teatrı mənim üçün ona görə doğma bir məkandır ki, gənclik illərimdə bu teatrda tamaşa hazırlamışam. Prezidentimizin teatrların inkişafı ilə bağlı verdiyi sərəncama əsasən, Azərbaycanda mövcud olan teatrların əksəriyyəti təmir olundu, aktyor və rejissorlar üçün əlverişli şərait yaradıldı. Teatrlarımızın yaradıcı proseslə məşğul olması üçün hər bir imkan var. Və bu gün beynəlxalq festivallar təşkil edəndə, teatr binalarımıza, texniki imkanlarımıza baxanda utanmırıq. Əksinə, əlverişli şəraitimizlə fəxr edirik. İstər paytaxtda, istər bölgələrimizdə müasir standartlara cavab verən teatr binalarımız var. Hesab edirəm ki, biz rahatlıqla Lənkəranda teatr festivalı kimi bir çox festivallara ev sahibliyi edə bilərik. Bu festivalın keçirilməsi özü bir hadisədir. Bu hadisə münasibəti ilə Lənkəran sakinlərini, teatrsevərləri təbrik edirəm. Ola bilər ki, Lənkəran sakinləri Bakıya, eləcə də digər bölgələrə gedib onların teatrlarında nümayiş olunan tamaşalara baxa bilməsinlər. Yaxud da xaricə gedib tamaşaları izləmək imkanları olmur. Bu festival nəticəsində onlara imkan yaradılır ki, paytaxt və xarici teatrların hazırladıqları tamaşaları izləsinlər. Bu teatrlar özləri Lənkəran tamaşaçılarının ayağına gəlib, təmasda olur. Bunun ümumi mədəniyyətimiz, mədəni inkişafımız üçün mahiyyəti böyükdür. Teatr Xadimlər İttifaqı olaraq Mədəniyyət Nazirliyi ilə birlikdə belə festivalların keçirilməsini müsbət qarşılayır, bunun üçün dəstəyimizi əsirgəmirik. Bu tip festivallara ev sahibliyi etməklə həm də Azərbaycan mədəniyyətinə xidmət etməyə çalışırıq”.
Lənkəran teatrı üçün imtahan, lənkəranlılar üçün teatr bayramı
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov bizimlə söhbətində teatrın ikinci  dəfə belə mötəbər bir festivala ev sahibliyi etdiyini dedi: “I Beynəlxalq Teatr Festivalı struktur baxımdan fərqlənir. Burda paytaxtdan, bölgələrdən, eyni zamanda xarici teatrlar da iştirak edir. Belə ki, festivalda Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri də iştirak edirdilər. Bu da bizi böyük bir məsuliyyətə cəlb edir. Xaricdən təşrif buyuran qonaqların rahatlığının təmin olunması, yaradıcılıq imkanlarının nümayişi üçün uyğun şəraiti yaratmaq məsuliyyətimizi daha da artırır. Teatrımızın kollektivi tərəfindən həm yaradıcı, həm də texniki məsələlər həll olunur. Qonaqların qarşılanması, gözəl xidmət görmələri üçün yaxşı atmosfer yaratmışıq. Biz üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə hazır idik”.
T.Heydərov əlavə etdi ki, festivalın Lənkəran şəhərinin tanınması cəhətdən də müstəsna rolu var: “Belə festivalların Lənkəranda keçirilməsi bizim üçün çox önəmlidir. Bu, tarixi, təbiəti, mədəniyyəti ilə seçilən Lənkəranın tanınmasında müstəsna rol oynayır. Təbii ki, biz beynəlxalq layihələrə hər zaman hazırıq. Bu festival nəticəsində həm Lənkəran turistik bir bölgə kimi tanınacaq, həm də Lənkəran Teatrının adı sərhədləri aşacaq. Məhz bu festival paytaxt, bölgə sakinlərinə, eləcə də xarici vətəndaşlara Lənkəranla tanış olmaq üçün hər bir imkan yaradır.  Festival imkan verir ki, onlar Lənkəranın iqtisadi, siyasi potensialını görə bilsinlər. Festival çərçivəsində Lənkərana gələn truppalarla, bədii şuralarının üzvləri, kollektivlərlə görüşlər keçirdik, onlarla müəyyən təcrübə mübadilələri apardıq. Bu da bizim gələcək işimizin inkişafında müstəsna şəkildə rol oynadı. Son olaraq isə qeyd edim ki, I Lənkəran Beynəlxalq Teatr Festivalı Lənkəran Teatrı üçün bir imtahan, lənkəranlılar üçün teatr bayramı idi”.
“Müxtəlif teatrlar bir amal uğrunda yığışdılar”
Lənkəran Dövlət Dram Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov isə deyir ki, bu festival teatr cameəsini bir araya toplamaq üçün vasitədir: “Lənkəranda keçirilən bu festivalda teatrlarımız bir çətir altında toplaşdı. Onlarla fikirlərimizi bölüşdük, diskussiyalar etdik, maraqlı müzakirələrimiz oldu. Burada ən çox qazanan isə uşaqlar oldu. Belə ki, nümayiş olunan tamaşaların əsas izləyiciləri olan uşaqlar böyük maraqla tamaşaları izlədilər. Əslində uşaqları bir saat nəyəsə baxmağa məcbur etmək bir qədər çətin olur. O qədər maraqlı bir şey göstərməlisən ki, onların diqqətini cəlb etsin. Bu festival çərçivəsində mən uşaqlarda bu marağı hiss etdim. Bu festival çərçivəsində müxtəlif teatrlar bir amal uğrunda yığışdılar. Doğma teatrımızın səhnəsindən repertuarda olan tamaşaları izlədim və bu mənim özümə böyük ruh yüksəkliyi verdi. Mənə yaratmaq, işləmək həvəsi gətirdi. Burada xarici teatrların iştirakı bizi bir az da ruhlandırdı. Əlbəttə ki, biz də onlara baxıb nələrisə öyrəndik, nələrisə bəyəndik, nələrdənsə razı qalmadıq. Əsas odur ki, hamı tamaşaları izləyir, əylənir, başqa bir mühitə düşürük”.
“Bizləri sənət yaxınlaşdırdı”
Gəncə Dövlət Kukla Teatrının direktoru, əməkdar artist Fərmail Paşayev festivalın uşaqların yaddaşında böyük izlər buraxdığını qeyd etdi: “Belə festivalların tez-tez keçirilməsi ölkədə fəaliyyət göstərən teatrların bir-birilərini yaxından tanıması üçün böyük əhəmiyyət kəsb edir. Bir dəfə Türkiyədə festivalların birində iştirak edəndə, teatrda ailə bayramı keçirilməsinin şahidi oldum. Belə ki, teatrda çalışan işçilər bir gün təyin edib, öz xanımları, bəyləri, uşaqları ilə ailə bayramına təşrif buyurmuşdular. Teatrda çalışan insanların ailəvi olaraq bir-birini yaxından tanımaları üçün belə bir şənlik keçirirdilər. Deməyim odur ki, teatrlar da bir ailədir. Festivalları isə, o ailələri bir araya toplayan bir ailəyə bənzədirəm. Belə ki, teatrlarımızın aktyorları Lənkəran Teatrında, eləcə də festivalda iştirak edən digər aktyorlarla fikir mübadilələri apardılar, dərdlərini bölüşdülər. Hesab edirəm ki, belə festivallar çox olsa, Azərbaycan teatrları bir-birinə daha yaxın olar, yaradıcılıq mübadilələri baş tutar. Bu, bəzəkli söz deyil. Akademik Milli Dram Teatrı, Lənkəran Teatrı, ingilis teatrı elə doğmalaşdılar, sanki illərdi bir-birilərini tanıyırdılar. Onları sənət yaxınlaşdırırdı”.
“Elə bilirik ki, doğma torpağımızdayıq”
İran İslam Respublikasının “Mika” (Təbriz) teatrının müğənnilər qrupunun rəhbəri Əli Məmmədzadə bizimlə təəssüratlarını bölüşdü. Bildirdi ki, bu festivalda iştirak etməkdən məmnunluq hissi keçirirlər: “Biz sizinlə eyni mədəniyyətə, eyni dinə sahibik. Festival da onları nümayiş etdirmək üçün bir vasitədir. Artıq 3-cü dəfədir ki Azərbaycanda festivalda iştirak edirik. 12 il bundan qabaq “Ənəl-həqqin boğulan səsi”, o biri il Lənkəran Teatrında “Canavar” tamaşaları ilə çıxış etdik. Bu festivallar bizi bir-birimizə yaxınlaşdırır. Teatrın təşkilatçıları hər şeyi gözəl hazırlayıb. Bizim rahatlığımız yüksək səviyyədə təmin edilib. Bu qədər insan gəlir, onları izləmək şansı əldə edirik. Bütün bunlar bizi həm də inkişaf etdirir. Lənkəran bizim üçün doğma məkandır. Burda olduğumuz üçün çox məmnunuq. Biz onlardan enerji alırıq. Elə bilirik ki, doğma torpağımızdayıq”.
Lənkəran limonu, samovar çayı
Böyük Britaniyanın “Two Destination Language” Teatrının Şarlot Vinsentin əsəri əsasında hazırlanmış “Near Gone” tamaşası ilə çıxış edən aktyorları Katerina Radeva və Alister Louninin də fikirlərini öyrəndik. Onlar deyir ki, bu günə qədər bir çox ölkələrə gedib, festivallarda iştirak ediblər. Lənkəranı isə məxsusi seviblər. Günün birinci yarısında tamaşaları izləyib, ikinci yarısında şəhəri gəziblər. Xüsusən də Lənkəran limonu, samovar çayının dadını uzun müddət unutmayacaqlar. Repertuarda olan tamaşaları izlədiklərini və hər birinin özünməxsus olduğunu bildirdilər. Sonda isə lənkəranlıları çox sevdiklərini dedilər.
Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir