Xəbər Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd edilib

Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd edilib

-

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə dünya şöhrətli yazıçı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanmış tamaşanın qırğız dilində nümayişi olub.

Tamaşadan əvvəl çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səhnə əsərinin XX əsrin görkəmli söz ustası, türk dünyasının böyük oğlu Çingiz Aytmatovun 90 illiyinə həsr olunduğunu qeyd edib. O deyib ki, dahi yazıçının əsərləri vətənpərvərliklə yoğrulub, onlarda qırğız xalqının həyatı və istəklərindən bəhs olunub, Qırğızıstanın zəngin mədəniyyəti və adət-ənənələri öz əksini tapıb.

Daha sonra Mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovun yüksək sənətkarlıq və insani keyfiyyətlərindən danışıblar.

Çingiz Aytmatovun oğlu, qırğız diplomatı və dövlət xadimi Əskər Aytmatov atası haqqında xatirələrini bölüşüb, dahi yazıçının xatirəsini əziz tutduqları üçün tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.

Tamaşanın baş prodüseri “ASSOL” Holdinqin direktoru Assol Moldokmatova “Çingiz üçün ağı” şeirini söyləyib, vurğulayıb ki, Çingiz Aytmatov incə qəlbli insan kimi həmişə dostlarının köməyinə çatırdı, dinləməyi bacarırdı. “Cəmilə” əsərinə heç kim biganə qala bilməz. Bu, məhəbbət himni, qırğız qadının himnidir. Çox şadam ki, bu gün biz bakılı tamaşaçıları əsərlə daha yaxından tanış edəcəyik”, – deyə qonaq bildirib.

Sonra Assol Moldokmatova və Günay Əfəndiyeva bir-birinə xatirə hədiyyələri təqdim ediblər. G.Əfəndiyeva qonağı Çingiz Aytmatovun əsərlərini bütün dünyada təbliğ etdiyinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis etdiyi fəxri diplomu ilə təltif edib. Fondun sədri Əskər Aytmatova türk dünyasının inkişafına verdiyi töhfəyə görə fəxri diplom təqdim edib və atasının portretini hədiyyə edib.

Sonra tədbir iştirakçıları qırğız aktyorlarının ifasında tamaşaya baxıblar. Qeyd edək ki, Qırğızıstanın Respublikasının Əməkdar incəsənət xadimi Talant Apıyevin quruluş verdiyi tamaşada baş rolları Aynura Akılbek qızı (Cəmilə), Ruslan Kurmanaliyev (Daniyar) və Sancar Sabırcan uulu (Seit) ifa ediblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik