Bakıda 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalı

YARAT Müasir İncəsənət Məkanı cari ilin 6-11 noyabr tarixlərində 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edəcək.
Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi xidmət edən M.A.P. festivalının adı, musiqi, incəsənət və performans terminlərinin abreviaturasıdır. Bu ilki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.
Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı, “sərhədsiz teatr” konsepsiyasını gerçəkləşdirən genişmiqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silən, mədəniyyətləri birləşdirən və insanları bir araya gətirdiyini vurğulayır: “Biz, müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə performansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə, biz auditoriyaya azad seçim imkanı verəcəyik”.

Festival çərçivəsində nümayiş olunacaq tamaşaların proqramını təqdim edirik.
No Qraviti Teatrı (İtaliya) – “Ariya”

Rejissor: Emiliano Pellisari

Vaxt: 6 noyabr 19:00

Məkan: Bakı Konqres Mərkəzi

“Brodyaçaya sobaçka” Kukla Teatrı (Rusiya) – Kaştanka”

Rejissor: Alfiya Abdulina

Vaxt: 7 noyabr 12:00 və 15:00

Məkan: Azərbaycan Dövlət Kukla Teatrı

Vene Teatrı (Estoniya)  – “Ördək ovu”

Rejissor: Kamran Şahmərdan

Vaxt: 7 noyabr 19:00

Məkan: Azərbaycan Dövlət Musiqili Teatrı

“Brodyaçaya sobaçka” Kukla Teatrı (Rusiya) – “Çirkin ördək balası”

Rejissor: Jak Matissen

Vaxt: 8 noyabr 12:00 və 15:00

Məkan: Azərbaycan Dövlət Kukla Teatrı

“İskusstvo dlya lyudey” Prodüser Mərkəzi (Rusiya) – “Uçan gəmi”

Rejissor: Yeqor Drujinin

Vaxt: 8 noyabr 18:00

Məkan: Azərbaycan Dövlət Rus Dram Teatrı

Çiten Teatrı (Yaponiya) – “Vanya dayı”

Bədii rəhbər: Motoi Miura

Vaxt: 8 noyabr 20:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Giriş sərbəstdir, əvvəlcədən qeydiyyat)

Merlin Kukla Teatrı (Almaniya-Yunanıstan) – “Heç kimin torpağı”

Rejissor: Dimitris Stamu

Vaxt: 9 noyabr 12:00

Məkan: Azərbaycan Dövlət Kukla Teatrı

Kris Linam (Böyük Britaniya) – “Teatral bədheybət”

Vaxt: 9 noyabr 15:00

Məkan : ÜNS Yaradıcılıq səhnəsi

Kris Linam (Böyük Britaniya) – “Erik Fred”

Vaxt: 9 noyabr 17:00

Məkan: ÜNS Yaradıcılıq Səhnəsi

Danimarka Dans Teatrı (Danimarka) – “Sirena”

Rejissor və xoreoqraf: Pontus Lidberq

Vaxt: 9 noyabr 20:00

Məkan: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Merlin Kukla Teatrı (Almaniya-Yunanıstan) – “Klounların evləri”

Rejissor: Dimitris Stamu

Vaxt: 10 noyabr 15:00

Məkan: Azərbaycan Dövlət Kukla Teatrı

Amata Teatr Qrupu (İran) – “Ağa Məhəmməd xan”

Rejissor: Navid Memar

Vaxt: 10 noyabr 15:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Giriş sərbəstdir, əvvəlcədən qeydiyyat)

“Balet Moskva” teatrı (Rusiya) – “Kafe İdiot”             

Rejissor və xoreoqraf: Aleksandr Pepelyayev

Vaxt: 10 noyabr 17:00

Məkan: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Mariinski Teatrı (Rusiya) – “Kimsəsiz ada”

Rejissor: Aleksey Smirnov

Vaxt: 10 noyabr 20:00

Məkan: Azərbaycan Dövlət Musiqili Teatrı

Finzi Paska Kompaniyası (İsveçrə) – “Həqiqət”

Rejissor və xoreoqraf: Daniele Finzi Paska

Vaxt: 11 noyabr 14:00 və 20:00

Məkan: Bakı Konqres Mərkəzi

Qoqol-mərkəz (Rusiya) – “Rusiyada yaşamaq kimə yaxşıdır”

Rejissor və rəssam: Kiril Serebrennikov

Vaxt: 11 noyabr 15:00

Məkan: Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Özbəksayağı “Arşın mal alan”

Daşkənddəki “Diydor” teatr-studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Özbəkistandakı səfirliyimizin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin...

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

4 dekabr tarixində saat 19.00-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının Azərbaycan Xalq Cümhuriyyətin 100...

Şəkidə “Davul səsi”

Uğurla davam edən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günündə - mayın 14-də S.Rəhman adına Şəki Dövlət Dram Teatrı türk dramaturqu Hidayət...

Recent

Xəyalə Rəis – TEATRŞÜNAS HARADA İŞLƏYƏ BİLƏR?

2008-ci il idi. Tələbə adını qazanmışdıq, ancaq hara daxil olduğumuzun fərqinə varmırdıq. Bircə onu bilirdik ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” ixtisasında...

“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci...

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Tehran şəhərində keçirilən “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə,...