Ana səhifə » Mövqe » Bəhram Osmanov: “Laboratoriyalar Azərbaycan teatrı üçün bir yenilikdir”

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 25, 2019

İranlı rejissor Lənkəran Dövlət Dram Teatrında “Sinemarın qətli” tamaşasını hazırlayır

Xəbər
Aprel 25, 2019

Qax Dövlət Kukla Teatrı Balakən rayonunda qastrol səfərindədir

Xəbər
Aprel 25, 2019

ƏSA Teatrında yeni tamaşa – “Adamlar və siçanlar-2. Fermadan qaçış”

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Bəhram Osmanov: “Laboratoriyalar Azərbaycan teatrı üçün bir yenilikdir”

Son dönəmlər “sarı mətbuat”da Azərbaycan Teatr Xadimləri İttifaqı haqda bir para şər, böhtan, ləkəyaxma dolu məqalələr dərc edilir. Bu böhtanlardan biri də 3 ay əvvəl İttifaqın nəzdində işə başlamış yaradıcılıq laboratoriyalarının fəaliyyətsizliyi ilə bağlı cəfəng iddiadır. Əvvəlcə qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqı rəsmi dövlət qurumu olmasa da hər zaman öz fəaliyyətini dövlətin mədəniyyət və gənclər siyasətinə uyğun şəkildə istiqamətləndirir. İttifaqın 2019-cu il üçün tərtib etdiyi yaradıcılıq planında müxtəlif festivalların, müsabiqələrin, yubiley və.s tədbirlərin keçirilməsi nəzərdə tutulur. Teatr Xadimləri İttifaqında yaradılmış yaradıcılıq laboratoriyalarının fəaliyyətinə gəldikdə isə, bu barədə qoy laboratoriya rəhbərləri özləri danışsın:
Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov: Teatr Xadimləri İttifaqının nəzdində yaradılan “Gənc rejissorların yaradıcılıq laboratoriyasının məramı rejissor sənətinə iddiası, marağı olan gəncləri bir kollektiv şəklində birləşdirib bu sənətin sirlərini, prinsiplərini daha dərindən öyrətmək və əldə edilən nəzəri bazanı praktiki realizə etməkdir. Aydındır ki, gənclik həmişə basqı altında olur və bu basqıya görə özündən yaşlı nəsildən narazıdır. Elə bu narazılığı aradan qaldırmaq, nəsillər arasında ünsiyyəti bərpa etmək baxımından, məncə TXİ-nin laboratoriya təşəbbüsü alqışlanmalıdır. Burada gənclərə bir komanda şəklində birləşib öz eksperimentlərini həyata keçirmək üçün münbit şərait yaradılır. Bir şeyi anlamaq lazımdır ki, repertuar teatrında bu ekperimentləri etmək imkanı minimumdur. İttifaqın nəzdində yaradılan laboratoriyalar Azərbaycan teatrı üçün bir yenilikdir. Bu tədris sistemi deyil, sadəcə gənclər üçün yaradılan bir imkandır ki, onlar istədiklərini etsinlər. Qısa bir müddət ərzində biz artıq Edvard Olbinin “Zoopark əhvalatı”, Valentin Krasnaqorovun “Biz heç vaxt dava etmirik”, Stefan Sveyqin “Yad qadının məktubu” əsərləri üzərində ciddi təhlillər aparmışıq. Daha sonra bir neçə yeni pyes seçilib təhlil olunacaq, laboratoriya üzvləri tərəfindən tamaşaya qoyulacaq. Gələn ilin may, iyun aylarında İtiifaqın rəhbərliyi ilə hazırlanan bu tamaşaların festivalının keçirilməsi nəzərdə tutulub. Festivalda isə əsas məqsəd gəncləri sözün əsl mənasında təbliğ etmək, dövlət teatrlarının rəhbərlərini dəvət edib bu gənclərin dövlət teatrlarına inteqrasiyasını təşkil etməkdir. Ən uğurlu tamaşaların isə İttifaqın yardımı ilə Azərbaycanın bölgələrinə və ölkəmizdən kənara qastrol səfərləri planlaşdırılır.
Xalq Artisti Ramiz Fətəliyev: Düzünü desək, Azərbaycanda dramaturgiya və ssenari yaradıcılığı böhran vəziyyətindədir. Artıq neçə illərdir ki, bu sahələrə heç bir ciddi kadr axınından söhbət gedə bilməz. Düzdü, ara-sıra maraqlı işlər gözə dəyir, amma bu da dəryada bir damcıdır. Bu mənzərə şəxsən məni çox narahat edir. Belə olan təqdirdə Teatr Xadimləri İttifaqının “Gənc dramaturqların yaradıcılıq laboratoriyası”nı təsis etməsi məni çox sevindirdi və rəhbərliyin dəvətini mənmuniyyətlə qəbul etdim. Nəzərinizə çatdırım ki, laboratoriya heç 3 ay deyil fəaliyyətə başlayıb və artıq bu qısa müddət ərzində biz xeyli irəliləmişik. Hələki biz kiçik səhnələrdən, primitiv süjetlərdən başlamışıq. Faktiki olaraq iki il vaxtımız var və laboratoriyanın iştirkçıları ilə belə şərtləşmişik ki, birinci ilin yekununa hərə bir pyes yazacaq. Hesab edirəm, laboratoriyanın sonuna kimi Azərbaycan teatrına və kinosuna bir neçə dramaturq, ssenarist qazandıra bilsək, bu, bizim üçün böyük nailiyyət olar. Əvvəlcə iştirakçılarımız çox idi, sonra bəzi tələbələrə uğurlar arzulayıb, onlarla vidalaşdıq. Hazırda səkkiz tələbəm var və bu komandaya ümidlərim böyükdür.


Xalq Artisti Rafiq Əliyev: Artıq üç aydır ki, Teatr Xadimləri İttifaqında 5 laboratoriya fəaliyyət göstərir. Fikrimcə bu çox gərəkli və perspektivli bir işdir. Biz bu laboratoriyaların təsisi zamanı teatr sənətinin bütün kompanentlərini nəzərə almışıq və onu bötövlükdə əhatə etməyə çalışmışıq. O ki qaldı şəxsən mənim rəhbərlik etdiyim “Gənc aktyorların yaradıcılıq laboratoriyası”na buradan hələki elə ciddi bir nəticə gözləmək tezdir. Üç aydır biz yalnız aktyor üçün bəlkə də ən vacib amillərdən olan bədən və diqqət məşğələləri edirik. Hazırda etüd prosesinə başlamışıq və yaxın zamanlarda keçdiyimiz prosesin nəticəsi olaraq İttifaqın Mustafa Mərdanov səhnəsində imtahan keçirməyi planlaşdırırıq. Qeyd edim ki, laboratoriyanın heç də bütün üzvləri peşəkar deyil, qrupda hətta Mədəniyyət və İncəsənət Universitetinə hazırlaşan 11-ci sinif şagirdləri də var. Buna görə də biz fəaliyyətə aktyor sənətinin lap ibtidasından başlamışıq.
Rejissor Tərlan Rəsulov: Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən “Eksperimental rejissura” laboratoriyasında cəmi iki ay ərzində keçirilən məşğələlərdə tələbələr təkcə teatr deyil, incəsənətin digər sahələri, ümumən, rejissura anlayışı, istənilən incəsənət sahəsində konseptual yanaşma haqqında məlumatlandırılıbl və onlara bu bilikləri praktiki olaraq tətbiq etmək yolları öyrədilib. Bu təcrübənin konkret nəticəsi kimi, kursun tələbələrindən birinin 24 dekabr tarixində Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş ədəbi gecənin təşkilinda rejissor funksiyasını yerinə yetirməsini misal gətirmək olar.
Teatrşünas Dağlar Yusif: Bu gün teatr prosesimizin ən böyük problemlərindən biri də bu prosesin eksperimentlərə açıq olmamasıdır. Belə olan halda prosesdə öldürücü bir durğunluq yaranır və bu durğunluğun ağır fəsadlarını hamımız görür, yaşayırıq. Teatr Xadimləri İttifaqının təsis etdiyi beş laboratoriya cari teatr prosesimiz içində balaca bir eksperiment məkanı rolunu oynayır ki, buna da yalnız sevinmək lazımdır. O ki qaldı fəaliyyət məsələsinə, laboratoriyalarda dərslər mütəmmadi olaraq həftədə iki-üç dəfə, mütəxəssislər tərəfindən tərtib olunmuş xüsusi proqram üzrə aparılır. Buna şübhəsi və marağı olan hər kəs üçün laboratoriyalarımızın qapıları açıqdır. Geridə qoyduğumuz üç ay ərzində rəhbərlik etdiyim “Gənc teatrşünasların yaradıcılıq laboratoriyası”ının iştirakçıları teatrşünaslığın ilkin əsaslarıyla tanış olublar. Bir ay davam edən ümumi məşğələlərdən sonra biz artıq konkret mövzular üzərində işləməyə başlamışıq. Bir müddət sonra biz teatrın nəzəri problemlərinə dair araşdırma tipli yazılar işləyəcəyik. Sonucda bu yazıların kitab halında çap edilməsi nəzərdə tutulur. Görünür, 30-40 ildə bir nəfər də olsun kadr yetişdirməyənlər 3 aylıq tədris prosesinin yekununda bizdən peşəkar kardlar tələb edirlər. Halbuki, bunun faktiki olaraq mümkün olmadığını özləri də yaxşı bilirlər.

Azərbaycan Teatr Xadimləri İttifaqının Yaradıcılıq şöbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir