TEATRO

TEATRO

sənət portalı

post-title

"QONAQ TEATR" layihəsinin növbəti iştirakçısı Ağdam Teatrıdır

08 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Ağdam Dövlət Dram Teatrının “Tor” tamaşası oynanılacaq. Təranə Məmmədin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Ceyhun Yusifovdur. Azərbaycan TXİ-nin A.M.Şərifzadə adına Aktyor evinin səhnəsində təqdim olunacaq tamaşa saat 18:30-da başlayacaq. Tamaşaya  giriş sərbəstdir.

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 16, Aktyor evi, 1-ci mərtəbə.

Load Time (S) : 0.000248