TEATRO

TEATRO

sənət portalı

post-title

PAULO KOELYO «İBLİS VƏ SENYORİTA PRİM» romandan bir parça

...«Məxfi axşam» əsərini yaradarkən Leonardo da Vinçi çox böyük çətinliklə rastlaşmışdı – o, İsa obrazında Xeyiri və onu bu axşam yeməyində satmağa hazırlaşan İuda obrazında Şəri göstərməli idi. Bir dəfə rəssam kilsə xorunun çıxışını izlərkən İsa obrazının mükəmməl təcəssümü olan gənc bir oğlanı görür və onu öz emalatxanasına dəvət edərək onun simasından bir neçə eskizlər və etüdlər qələmə alır... Üstündən üç il keçir. Rəsm əsəri, demək olar ki, hazır vəziyyətə yaxın idi, lakin Leonardo İuda obrazına uyğun canlı model tapa bilməmişdi. Çoxgünlü  axtarışlardan sonra rəssam bir gün palçıq içində uzanıb qalmış gənc, lakin vaxtından qabaq qocalmış, çirkli, sərxoş, cındır paltarda bir insanı görür və öz köməkçilərinə əmr edir ki, onu birbaşa kilsəyə aparsınlar.

Çox böyük çətinliklərkə onu ora çatdırırlar və ayağa qaldırırlar. O özü isə anlamırdı ki, nə baş verir, o haradadır, Leonardo isə kətanda gəncin sifətində qabarıq görünən günahkarlıq, özünəməftunluq, şərəfsizlik duyğularını qələmə alırdı... İş bitəndən sonra, dilənçi azca ayılaraq, gözlərini açaraq qarşısında rəsm əsərini görür, qorxu və qüssə ilə qışqırır  - Mən bu rəsmi bundan öncə görmüşəm!

–Nə zaman?  - Leonardo təəcüblə soruşur.  – Üç il bundan qabaq, mən hər şeyi itirməmişdən öncə. O vaxtlarda mən xorda oxuyurdum və mənim həyatım arzularla dolu idi və hansısa bir rəssam mənim simamda İsanı çəkmişdi...

Bəlkə Xeyirin və Şərin eyni sifətləri vardır. Hər şey bizim yolumuzda onlarla  nə zaman rastlaşdığımızdan asılıdır. 

Qeyd: Bu əhvalat təsviri sənətlə bağlı olmaqla yanaşı, teatr və kino sənətlərində aktyorun obraz yaratmaq, başqalaşmaq işinin əsas amillərindəndir.

Təqdim etdi:   Fikrət Sultanov
                         Əməkdar incəsənət xadimi, professor

Load Time (S) : 0.000076