Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif teatrları arasında yaradıcılıq əlaqələri ildən-ilə daha da genişlənir.
Bu dəfə Moskvanın "Pyotr Fomenkonun emalatxanası" teatrı Musiqili Teatrın qonağı olacaq.
Kollektiv 18 və 19 may tarixlərində saat 19:00-da dünya şöhrətli yazıçı-dramaturq Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanan "Qurdlar və qoyunlar" adlı iki hissəli komediyasını təqdim edəcək.
Süjet xətti müasir dövrlə səsləşən bu səhnə əsərinin quruluşçu rejissoru Pyotr Fomenkodur.
Tamaşada "Qurdlar" və "Qoyunlar" arasında əbədi qarşıdurmaların mövcudluğu komik vəziyyətlərlə göstərilir. Bəzi insanlar sadəlövh və həlim xarakterli olsalar da, bəziləri qurd kimi yırtıcı və təhlükəlidilər. Lakin ən "təhlükəli yırtıcı"nın da işləri müşkülə düşə bilir...
Səhnə əsərinin rejissoru Ma Çjen Xun, rejissor assistenti Everet Kristofer Dikson, rəssamı Tatyana Selvinskaya, işıq rəssamı Vladislav Frolov, müsiqi tərtibatçısı Boris Qorbaçovdur.
Tamaşada Nataliya Kurdyubova, Aleksandr Morovov, Dmitri Zaxarov, Mariya Andreyeva, Yekaterina Smirnova, Qalina Kaşkovskaya, Aleksey Kolubkov, İlya Lyubimov, Tahir Rahimov, Denis Avramov, Maxim Litovchenko, Anton Sergeyev, Kira Persits və başqaları iştirak edəcəklər.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.
Müəllifin digər yazıları
/мысли и высказывания деятелей культуры/
…Театр – это актер, хотя бы ведущая роль принадлежала драматургу, и театральное искусство есть прежде всего актерское искусство… актер способен создать из своего соприкосно...
11 may 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində dramaturq İsmayıl İmanın “Əziz ata” pyesinin oxunuşu keçirilib. Bu, CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində keçirilən n&o...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır.
Folklor ...
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan ...
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublik...
Azərbaycan Dillər Universitetində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə təşkil edilən ənənəvi “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Xalq yazıçısı, akademik Kamal Abdullanın təbrik...
“Həqiqi gözəllik bizə birbaşa təsir göstərməz. Batan günəş gözəldir, çünki bizi nələrisə itirməyə məcbur edir”, - belə deyirdi Arto.
Qəddarlıq teatrı 20-ci əsrin birinci yarısında Antonen Arto (189...
/мысли и высказывания деятелей культуры/
…Чтобы создать нацию, сперва надо создать театр /И.Гете/.
…Театр – это прежде всего инструмент эмоционального познания человеком себя самого и окружающего ми...
Naxçıvanın ilk müstəqil teatrı olan “Yeni Era” Uşaq və Gənclər Teatrının 1 yaşı münasibətilə Heydər Əliyev sarayında “Ələddinin Sehirli Çırağı” ailəvi meqaşousu oynanılıb.
Tədbiri giriş sözü ...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif teatrları arasında yaradıcılıq əlaqələri ildən-ilə daha da genişlənir.
Bu dəfə Moskvanın "Pyotr Fomenkonun emalatxanası" teatrı Musiqili Teatrın qonağı...