Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən Azərbaycan Dövlət “Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100,0 (bir yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2019-cu il.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Elçin Cəfərov – “Vaqif İbrahimoğlunun nağılı”

Bu gün ustad rejissor Vaqif İbrahimoğlunun vəfatının 7-ci ildönümüdür. TeatrO.az sənət portalı Vaqif müəllimin xatirəsini ehtiramla yad edir və teatrşünas Elçin Cəfərovun yazısını təqdim...

Milli Teatr gününə Musiqili Teatrın hədiyyəsi

Milli Teatr gününü yeni tamaşanın premyerası ilə qeyd etmək Azərbaycan Dövlət Musiqili Teatrında artıq ənənəyə çevrilib. Teatrın builki hədiyyəsi isə balaca tamaşaçılar üçün hazırlanıb....

Paytaxt teatrlarının həftəlik repertuarı (2 may – 8 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 2 may Ç.Aytmatov "Manqurt" saat 19:00 3 may  C.Məmmədquluzadə "Ölülər" (komediya) saat 19:00 4 may M.F.Axundzadə "Sərgüzəşti vəziri xani Lənkəran" saat 12:00 U.Şekspir "12 gecə...

Recent

Əbülfəs Qarayev Mədəniyyət Naziri oldu

 Bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli, 9 nömrəli sərəncamına əlavələr edilməsi barədə...

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aşağıdakı ixtisaslar üzrə işə qəbulla bağlı müsabiqə elan edir: Aktyorluq sənəti üzrə (azərbaycan və rus bölməsi) Xor artisti Orkestr...

Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır

Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib...