Ana səhifə » Kinoteatr+ » Sirk » Azərbaycan nümayəndə heyəti Ülyahəzrətlə görüşüb

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Azərbaycan nümayəndə heyəti Ülyahəzrətlə görüşüb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə xalqımızın dünya atçılığına bəxş etdiyi xüsusi at cinsi olan Qarabağ atları Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsinin təqdimatında Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan “Royal Windsor Horse Show” adlı tədbirdə möhtəşəm şou-proqramla çıxış edib.

Şounun tərkib hissəsi olaraq 24 nəfərdən ibarət “Sərhədçi” rəqs qrupu, “Natiq Ritm Qrupu”, rəssamlar və gözbağlayıcılar də meydanda ölkəmizi təmsil edib. Azərbaycan Respublikasının Əməkdar artisti Nicat Kazımovun quruluşunda hazırlanan “Land of Fire – Azerbaijan” adlı 12 dəqiqəlik xüsusi proqram izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

“Royal Windsor Horse Show” atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd edir. Azərbaycanın bu tədbirdəki ilk iştirakından etibarən bütün dünya vətənimizin igidlik və məğrurluq rəmzlərindən biri olan Qarabağ atına valeh olub. Təsadüfi deyil ki, Kraliçaya aid “Windsor” qəsri 1956-cı ildə ilk Qarabağ atı – “Zaman” ilə tanış olmuşdur. Həmin il məhz II Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıtmışdır.

“Natiq” ritm qrupunun ifasında musiqinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində inanılmaz hərəkətlər icra edən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən gözbağlayıcılar qrupu və iki gənc rəssamın iştirak etdiyi “OdlarYurdu – Azərbaycan” adlı kompozisiya bütün tamaşaçıları heyran edib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşüb və tuncdan hazırlanmış Qarabağ atı heykəlini Azərbaycan nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir