Ana səhifə » Mozaika » Cövhər Xeyrullayeva – Avanqard teatr konsepsiyaları sərgisi

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Xəbər
May 26, 2019

Səhnə “Bizim Don Kixot”undur

Cövhər Xeyrullayeva – Avanqard teatr konsepsiyaları sərgisi

1924-cü ildə Frederik Kisler tərəfindən “Vyana musiqi və teatr festivalı” çərçivəsində “Beynəlxalq Yeni Teatr Texnikaları” sərgisi keçirilmişdi. Avanqard sənətin öncüllərindən olan ixtisasca teatr rəssamı, dizayneri və memarı avstriyalı Frederik Kislerin bu addımı böyük əhəmiyyət kəsb edirdi. Sərginin əsası 20-ci illərdə teatr sənəti mövzusunda həyata keçirilmiş araşdırmalardan ibarət idi. Kisler Vyanada dövrünün ən qabaqcıl və yenilikçi teatr təcrübələrini toplamışdı. Sərgidə təqdim olunanlar arasında alman konstruktivistləri, ekspressionistləri, rus konstruktivistləri və italyan futuristlərinin əsərləri ilə yanaşı, Fransa, Skandinaviya, Polşa, Çexoslavakiya və Avstriya nümayəndələrinin avanqard incəsənət nümunələri də yer alırdı. Sərgidə yüzə yaxın teatr konsepsiyası, səhnə dekorasiyası, kostyumlar, tamaşa afişaları toplanmışdı. Bauhaus və De Stijl qrupunun sənətkarlarının, teatr rəssamlarının və memarlarının iştirak etdiyi bu sərgidə Vsevolod Meyerholdun olduğu da bildirilir.Sərginin predmetlərinin müxtəlif olması Kislerə bütün bacarıqlarını nümayiş etdirməyə şərait yaradırdı. O, ilk növbədə, “space stage” (məkan səhnəsi) layihəsi üzrə hazırlanan teatr səhnəsini sərgi iştirakçılarına təqdim etmişdi. Konzerthausun əsas salonunda qurulan bu səhnədə avstriyalı yazar Paul Frischauerin “Im Dunkel” pyesinin səhnələndiyi bildirilir.

  
XX əsrin 20-ci illərində teatr sahəsində cəmlənən sənətkarlar avansəhnə (ön səhnə) məhfumunu burjua teatrının qalığı hesab edirdilər. Kislerin də “məkan səhnəsi” bu ənənəvi məhfuma qarşı yönəlmiş tənqidi yanaşmadır. Səhnənin quruluşuna nəzər yetirdikdə tamaşanın oynanılması üçün rahatlıq vəd etmədiyini görürük. Spiralvari yoldan ibarət olan səhnənin üst qatına çıxmaq üçün üç üsuldan istifadə etmək mümkündür. Bunlardan ən qısa yol meyilli yolla ikinci mərtəbəyə qalxıb iki ayaqlı dəmir nərdivanla üst qata çıxan yoldur. Səhnədə taxta pilləkan olsa da, pilləkanın aşağı pillələri yoxdur və  görünüşcə havada qalmış təəssüratı yaradır. Səhnə elə bir quruluşa malikdir ki, bura dinamik və sözsüz tamaşaların oynanılması üçün daha əlverişlidir.
Kislerin teatr sahəsindəki axtarışları davam edirdi. Onun “məkan səhnəsi”ndən çıxış edərək yaratdığı yumurta formalı “Sonsuz Teatr” layihəsi də bu sərgidə nümayiş olunmuşdur. “Sonsuz Teatr” proyektinin maketi yaxın keçmişdə tapılmış və Vernisajda nümayiş etdirilmişdir.

Kislerin əsasını qoyduğu bu sərgi Vyanada “Vienna 1924. Hotspot of the Avant-garde” adı altında indi də keçirilir. 2018-ci ilin ilk nümayişi 13 mart-1 iyun tarixlərində baş tutub. İkinci nümayiş isə 4 sentyabrda başlayıb və dekabrın 21-ə qədər davam edəcək.

 

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir