Ana səhifə » Xəbər » “Arşın mal alan” Samsun Dövlət Opera və Balet Teatrında

Son yazılar

Müsahibə
Dekabr 13, 2018

“Bermud üçbucağı”nda – Nurəddin Mehdixanlı

Mozaika
Dekabr 13, 2018

Aygün Aslanlı, “Yoxsa”…

Mövqe
Dekabr 13, 2018

Nigar Pirimova – 90-cı mövludun qutlu olsun, doğma teatr!

Xəbər
Dekabr 13, 2018

“Kərgədan buynuzu”

Review
Dekabr 12, 2018

Ədilə Ağayeva – Alman payızı-Suspiria

Xəbər
Dekabr 12, 2018

“Teatr və teatr fəaliyyəti haqqında” qanunda dəyişiklik

Xəbər
Dekabr 11, 2018

«Boş məkanın dolğunluğu-2» teatr festivalı başlayır

Xəbər
Dekabr 10, 2018

Füzulidə “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası

Xəbər
Dekabr 10, 2018

Prezident Gənc Tamaşaçılar Teatrının əməkdaşlarını təltif etdi

Afişa
Dekabr 9, 2018

Paytaxt teatrlarının həftəlik repertuarı (10-17 dekabr)

Xəbər
Dekabr 7, 2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edilib

Xəbər
Dekabr 7, 2018

ADMİU SABAH qruplarının rəhbəri Beynəlxalq Teatr Mükafatı qazanıb

Xəbər
Dekabr 7, 2018

Sərdar Aminin yeni romanı nəşr edildi – “Su sərgisi” (R)

TARİX
Dekabr 7, 2018

Xəyalə Rəis – Zaqatalada xalq teatrı da varmış

Xəbər
Dekabr 7, 2018

“Buratino axmaqlar ölkəsində”

Mozaika
Dekabr 7, 2018

Ləman Mərih: “İntəhası”

Müsahibə
Dekabr 7, 2018

Fikrət Sultanov: “Yaradıcılıqla yaşayan insan həmişə maraqlı olur”

Xəbər
Dekabr 7, 2018

Hamlet Qurbanovun xatirəsi yad olunub

Xəbər
Dekabr 4, 2018

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

Xəbər
Dekabr 4, 2018

Bakı Uşaq Teatrının “Sevgi şimşəyi”

Mövqe
Dekabr 2, 2018

Cavid Zeynallı – “Yorğan-döşəyini teatra göndərim”

Xəbər
Dekabr 2, 2018

“ƏSA” Teatrı Naxçıvanda anşlaqla qarşılanıb

Müsahibə
Noyabr 30, 2018

Tərlan Rəsulov – “Ortodoksal teatr tənbəl aktyor nəsli yetişdirir”

Kino
Noyabr 30, 2018

Rasim Ocaqovun 85 illik yubileyi

Xəbər
Noyabr 30, 2018

Lənkəran teatrı festivaldan qayıdıb

Müsahibə
Noyabr 30, 2018

Fərid Əliyev: “Həkimlərin ümidinə qalsaydım, indi arabada gəzirdim”

Xəbər
Noyabr 28, 2018

“Piter Pen” Kukla teatrı səhnəsində

Xəbər
Noyabr 28, 2018

Əməkdar artist Şövqi Hüseynov “Əlif” Festivalında birinci oldu

Xəbər
Noyabr 24, 2018

“Müharibədə keçən ömür” Dərbənd səhnəsində

Xəbər
Noyabr 23, 2018

Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib

“Arşın mal alan” Samsun Dövlət Opera və Balet Teatrında

Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrında nümayiş olunub. Tamaşanı yeni quruluşda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev hazırlayıb.

Türkiyədən səfərdən qayıdan rejissor təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki,  Ü.Hacıbəylinin bu ölməz əsərini Türkiyədə dördüncü dəfədir tamaşaya qoyur. Əsərin yenidən səhnəyə qoyulmasının əsas səbəbi tamaşaçı tələbatı ilə bağlıdır. Hafiz Quliyev bu əsərə müxtəlif vaxtlarda Belarus Akademik Musiqili Teatrında, Pekin Opera Teatrında, Moskvada və digər səhnələrdə də quruluş verib: “Samsun Dövlət Opera və Balet Teatrında “Arşın mal alan”ın ikinci quruluşu idi. İlk dəfə bu əsəri Samsun teatrında 2009-cu ildə səhnələşdirmişdim. Həmin tamaşa beş il repertuarda qalaraq böyük maraqla izlənilib. Bu dəfə isə tamaşa yeni traktovkada işlənildi. Bütün geyimlər və səhnə dekorasiyası Azərbaycan milli ornamentlərinə uyğun hazırlandı. İkinci səhnə variantında xeyli dəyişikliklər etdik”.

Həmsöhbətim deyir ki, əgər birinci tamaşa Anadolu türkcəsində təqdim olunmuşdusa, bu dəfə Azərbaycan dilinə üstünlük verildi: “Tamaşa yeni aktyor heyəti ilə hazırlandı və hər bir obraz üçün üç aktyorla işlədik. Heyət bütünlüklə türkiyəli aktyorlardan ibarət idi. Gün ərzində 8-9 saat məşqlərlə tamaşa 25 günə tamamlandı. İki premyera da böyük anşlaqla keçdi. Tamaşanı italiyalı dirijor Marco Morrone idarə edirdi. Səhnə əsərini Samsun şəhərindən və yaxın bölgələrdən çoxsaylı tamaşaçı izlədi. Üçüncü premyera isə noyabrın 17-də gerçəkləşib”.

Hafiz müəllimin sözlərinə görə, yaxın vaxtlarda Samsun teatrının kollektivi bu tamaşanı Türkiyənin əksər şəhərlərində nümayiş etdirmək məqsədilə qastrola çıxacaq. Teatr gələn il bu tamaşa ilə festivalda iştirak etməyi də planlaşdırır.

Rejissor Üzeyir Hacıbəylinin, demək olar ki, bütün əsərlərini səhnələşdirdiyini deyir. Bunların bir qismi Azərbaycanla yanaşı, xaricdə də hazırlanıb: “Ölkəsindən, milliyyətindən asılı olmayaraq, Üzeyir bəyin əsərləri, xüsusilə də “Arşın mal alan” tamaşaçı tərəfindən hər zaman böyük sevgi və maraqla qarşılanıb. Eyni zamanda aktyorlar da bu əsərdə həmişə böyük zövqlə və sevə-sevə çalışıblar. Sevindirici haldır ki, dahi bəstəkarın ölməz musiqisi ölkəmizin sərhədlərini aşaraq beynəlxalq aləmdə də hərarətlə qarşılanır. Böyük musiqiçinin adı dünya teatrlarının afişalarında böyük hərflərlə yazılır. Bu, Azərbaycan dövlətinin mədəniyyət və incəsənətimizin dünyada tanıdılması istiqamətində gördüyü böyük işlərin tərkib hissəsidir”.

medeniyyet.az

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir