“Aləmin Nəfəsi: Nəsimi” tamaşası beynəlxalq festivalda

Türkiyədə keçirilən 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında Azərbarbaycan  “Aləmin Nəfəsi: Nəsimi” tamaşası ilə təmsil olunacaq

Kayseri Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və İctimai işlər idarəsinin təşkilatçılığı ilə hər il  Beynəlxalq Məktəblərarası Teatr Festivalı keçirilir. Artıq 14 ildir ki, təşkil edilən festivalda Azərbaycan şagirdləri də iştirak edir.

15 aprel-4 may tarixlərində baş tutacaq beynəxlalq teatr festivalında Azərbaycanı Türkiyənin Azərbaycandakı səfirliyi Mədəniyyət və Turizm müşavirliyinin dəstəyi ilə Azərbaycan  Milli  Konservatoriyası nəzdində olan İncəsənət Gimnaziyasının şagirləri təmsil edəcəklər. Onlar festivalda Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar “Aləmin Nəfəsi: Nəsimi” tamaşası ilə çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçı rəssamı Günay Mehdizadədir. Gimnaziyanın rəhbəri Aytən Əhmədova, Gimnaziyanın teatr bölümünün rəhbəri Hicran Sadıqzadə, tamaşanın rejissoru Elnurə Vəliyeva və layihənin media rəhbəri, teatşünas Xəyalə Məmmədova da festivalda iştirak edəcəklər.

Tamaşada rolları Nəsimi – Vəliyev Aliulla, Aişə – Namazlı Fidan, Fatimə – Həsənzadə Almaz, Nəimi – Quluzadə Rufiz, dərviş – Salmanzadə Məhəmməd ifa edəcəklər. Lirik janrda hazırlanmış tamaşanın müddəti 25 dəqiqədir.

Qeyd edək ki, bir sıra ölkələrin də iştirak etdiyi festivalda Azərbaycan tamaşası aprelin 19-da nümayiş olunacaq. Festivalda iştirak edəcək nümayəndə heyəti bu gün səfərə yola düşüb.

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Dağlar Yusif: Fuad Poladov – Aktyor oyununda dominant “mən” konsepsiyası

(islaq küçələrin yolçusu üçün portret) Mənimçün teatr ondan başlayır. Üç il bundan əqdəm bir payız aşxamı yeddi-səkkiz yoldaş olub Dram Teatrına yola düzəldik. Deyəsən, hamımız...

İspaniya milli rəqs teatrı FlamencoLive Bakıda

Noyabrın 3-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində İspan milli rəqs teatrı FlamencoLive “Romeo və Culyetta” şou-proqramı ilə çıxış edəcək. Rəqs dili ilə sevgi...

Yuğ Teatrı Adana Festivalında

Azərbaycan Dövlət YUĞ Teatrı Adanada keçiriləcək beynəlxalq teatr festivalına dəvət alıb. Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin oktyabrın sonu, noyabrın əvvəllərində keçirdiyi “V Şəhər...

Recent

Sumqayıt Dövlət Dram Teatrında Novruz bayramı

Sumqayıt Dövlət Dram Teatrı  əlamətdar günlərlə zəngin  mart ayında repertuarına da müxtəlif yaş kontingentini əhatə edən tamaşalar əlavə etdi. V.Səmədoğlu “Mamoy kişinin yuxuları”, K.Nəzirli...

O tək, kontrabasda…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə may ayının 10-dan 16-dək Bitola şəhərində keçiriləcək “XX Beynəlxalq Monodram” festivalında...

Mübariz Həmidov Gənc Tamaşaçılar Teatrını Naidə İsmayılzadəyə təhvil verib

Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bu gün teatrı Naidə İsmayılzadəyə təhvil verib. Bununla bağlı teatrın aktyoru Elnur Kərimov öz...