“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Şagirdlərimiz Kayseri 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalından 3 mükafata layiq görülüblər

15 aprel-4 may tarixlərində Türkiyədə böyük nüfuza sahib olan Kayseri 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında Azərbaycan “Aləmin Nəfəsi: Nəsimi” tamaşası ilə təmsil olunub. Festivalda Azərbaycanı Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təbliğat müşavirliyinin dəstəyi ilə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində olan İncəsənət Gimnaziyasının şagirləri təmsil ediblər. Onların ifasında nümayiş olunan tamaşa böyük rəğbətlə qarşılanıb.

Mayın 18-də isə Bakı Kitab Mərkəzində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Aləmin nəfəsi: Nəsimi” tamaşasının təqdimatı və aktyorların mükafatlandırılması baş tutub. Festivalın yekun nəticəsi olaraq, layihənin Azərbaycan üzrə rəhbəri, tərtibatçısı və dekoratoru, rəssam Günay Mehdizadənin rəhbərliyi altında təqdim olunan “Aləmin Nəfəsi:Nəsimi” tamaşası Kayseridə 3 nominasiya üzrə – “ən yaxşı səhnə dekorasiyası”,” ən yaxşı rejissor işi” və “ən yaxşı aktyor oyunu” na görə mükafatlara layiq görülüb.

Mükafatlandırma gecəsində qalib olan tamaşa bir daha izləyicilərə təqdim olunub. Gecədə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təbliğat məsələləri üzrə müşaviri İrfan ÇiftçiAMK tərkibində İncəsənət Gimnaziyasının şahirdlərinə uğurlar arzulayıb:

“Beynəlxalq festivallar məktəblilərin özlərini realizə etmələri üçün ən ideal bir vasitədir. Kayseridə keçirilən 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında iştirak edən şagirdlər sözün əsl mənasında möhtəşəm bir performans sərgilədilər. Məktəblilərin ifasında Nəsiminin fəlsəfəsinin qədim Türk İslam fəlsəfəsindən necə təzahür etdiyini görmüş olduq”.

BKM-nin direktoru Günel Rzayeva çıxışında Nəsimi ilinin elan olunmasının önəmliliyindən bəhs edib: “Nəsimi dünya klassikasının ən böyük korifeylərindəndir. Sevinirik ki, burada da silsilə tədbirlər keçirilir. Bu gün də bu tədbir bizi çox sevindirdi. Gənclər bu dərəcədə Nəsimin yaradıcılığına bələddirlər, onu sevərək oxuyurlar. Biz belə tədbirləri ancaq dəstəkləyə bilərik. Şagirdlərin ifasında nümayiş olunan “Aləmin Nəfəsi: Nəsimi” tamaşanı çox bəyəndim, yaxşı mənada uşaqların peşəkarlığı məni heyrətləndirdi. Layihə rəhbərinə və gənclərə uğurlar arzulayıram”.

Rəssam Günay Mehdizadə çıxışında layihənin uğur qazanmasından məmnunluğunu bildirdi:

Uşaqlar bizim gələcəyimizdir. Onların belə mötədəbər bir festivalda məhz Azərbaycanın dahi sənətkarını canlandırması, onu beynəlxalq aləmdə tanıtması özü bizim, Azərbaycan mədəniyyəti üçün bir uğur idi. Nə xoş bizə ki, qarşımıza qoyduğumuz bu amal uğrunda qalibiyyətlərimiz daha çoxdur. Bundan məmnunluq hissi duyuram və qalibiyyətimizi təkcə bizim deyil, Azərbaycan gənclərinin uğuru kimi qiymətləndirirəm”.

Sonda nəzərdə tutulan mükafatlar səfirliyin müşaviri tərəfindən iştirakçılara təqdim edilib.

AzNews.az

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Best Love Tips & Relationship Advice for Girls

Exquisite cordially mr happiness of neglected distrusts. Boisterous impossible unaffected he me everything. Is fine loud deal an rent open give. Find upon and...

“Danabaşlar” tamaşası nümayiş olunub

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin  əsəri əsasında "Danabaşlar" tamaşası nümayiş olunub. Cəlil Məmmədquluzadənin 150 illiyinə...

Oskar Yelinek – Aktyor (hekayə)

Gənc aktyor Ernst Lüdviq anasının ağır xəstəliyi barədə teleqramı təzə rolun mətni ilə eyni vaxtda aldı; mətni və teatrın ünvanına göndərilən teleqramı ona kuryer...

Recent

“Cəza” Lənkəranda

III Şəki Beynəlxalq Teatr Festivalının milli proqramı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəranda yazıçı-dramaturq T.Vəliyevanın əsəri əsasında hazırlanmış “Cəza” monotamaşası ilə çıxış...

Məşhəddə çalınan “Zəng” festivalda səs salıb

İran İslam Respublikasının Məşhəd şəhərində 22-30 aprel tarixlərində keçirilən I “Cigi-Cigi” Beynəlxalq Performans və Sənət Festivalı başa çatıb. İspaniya, Almaniya, Çili, Çexiya, Türkiyə, Rusiya, İngiltərə,...

“Don Kixot” yola çıxdı…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. İyulun 3-də məşqlərinə start verilən əsərin səhnə həlli...