Ana səhifə » Kino » ADMİU-da ÜDKİ məzunları ilə görüş keçirilib

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Müsahibə
İyun 20, 2019

Xəyalə Rəis – Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası 

ADMİU-da ÜDKİ məzunları ilə görüş keçirilib

8-12 aprel tarixlərində S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ВГИК) rektoru, Mədəniyyət və İncəsənət Tədris Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Təhsil Akademiyasının akademiki, professor Vladimir Malışevin rəhbərlik etdiyi professor, müəllim və tələbələrdən ibarət 40 nəfərlik nümayəndə heyətinin Azərbaycan səfəri gerçəkləşir.

8 aprel tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şura otağında ÜDKİ-nin nümayəndə heyətinin Azərbaycanlı məzunlarla görüşü olub. Görüşdə ÜDKİ-nin V.Arxipov, A.Zakirov, İ.Klebanov, V.Menşov, E.Rusinova, V.Fokin, V.Xotinenko, T.Yakovleva, Y.Yaromenko kimi məşhur pedaqoqları və İnstitutun Azərbaycanlı məzunları iştirak edib.

Tədbiri açan ADMİU-nun rektoru professor C.Mahmudova qonaqları salamlayıb və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun MDB məkanına daxil olan ölkələrin, o cümlədən Azərbaycan mədəniyyətindən ötrü əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, ÜDKİ kino sahəsində peşəkar kadrlar yetişdirən dünya səviyyəli ali təhsil müəssisəsidir. Bu təhsil ocağının kino sənətinə verdiyi töhfələr ölçüyə gəlməzdir. ÜDKİ Azərbaycan kinosunun inkişafında da mühüm rol oynayıb. Tofiq Tağızadə, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Rasim Ocaqov, Hüseyn Seyidzadə, Əjdər İbrahimov kimi rejissorlar, Əlisəttar Atakişiyev, Arif Nərimanbəyov, Xan Babayev, Teyyub Axundov kimi operatorlar, eləcə də, Yevgeni Metveevin, Aleksey Batalovun kursunda təhsil alan aktyorlar, eləcə də bu gün bu zala toplaşan məzunlar Azərbaycan kinematoqrafiyasına böyük töhfələr verib.

Sonra ÜDKİ-nin rektoru professor V.Malışev çıxış edərək, rəhbərlik etdiyi ali təhsil ocağının 100 illik tarixindən danışıb. Daha sonra ÜDKİ-nin 100 illiyinə həsr olunmuş qısametrajlı film nümayiş olunub. Tədbir iştirakçılarına V.Malışevin tərtib etdiyi “Azərbaycan kinematoqrafı və ÜDKİ” adlı broşür paylanıb.

Tədbirdə çıxış edən Azərbaycanlı məzunlar doğma təhsil ocaqları haqqında xoş xatirələrini danışıblar. Görüşdə iştirak edən görkəmli kino rejissoru, Professional Kinorejissorlar Gildiyasının prezidenti Eldar Quliyev bildirib: “Bu görüşdə mən yəqin ki, ÜDKİ məzunlarının ən yaşlılarındanam. Biz bir zamanlar Vladimir Menşovla birlikdə bu təhsil ocağında qəbul olmuşuq. ÜDKİ yalnız təhsil müəssisəsi deyil, həyat fəlsəfəsidir. Bizim nəslə mənsub ÜDKİ məzunlarının ikiqat bəxti gətirib. Təsəvvür edin ki, biz ən yaxşılardan, Rusiya kinematoqrafının tarixi olan insanlardan dərs almışıq. O zamanlar ÜDKİ-nin dəhlizlərində Aleksandra Xoxlova, Lev Kuleşov, Anatoli Qalovnya, Tamara Lobova, Gennadi Myasknikov, Mixail Boqdanov, Mixail Romm, Efim Dziqan gəzirdi. Bu böyük şəxsiyyətlərdən, görkəmli sənətkarlardan öyrənmək şərəfdir.

Azərbaycanın Xalq artisti, görkəmli rejissor və ssenarist Oktay Mir-Qasım da doğma məktəbini sevgi və nostalji hissləri ilə xatırlayıb: «Mən həyatımı iki hissəyə bölürəm: ÜDKİ-də təhsil aldığım dövr və yerdə qalan bütün həyatım. Mənim üçün ÜDKİ mütləq xoşbəxtliyin simvoludur. Bütün ömür boyu yetəcək müsbət enerji və xoşbəxtlik bəxş edən mistik məkandır. 1965-ci ildə mənə ÜDKİ festivalının qran-prisini qazanmaq nəsib oldu və bu, mənim üçün çox böyük hadisə idi. Doğma məktəbimdən xatirə qalan hədiyyə bu gün də evimdəki kolleksiyamı bəzəyir. Bizim ailədə iki ÜDKİ məzunu var. Qızım Ayan da bu ali məktəbin yetirməsidir”.

Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev də Moskvadakı tələbəlik illərini ömrünün ən gözəl dövrü kimi nostalji ilə xatırlayıb: “Bir nəfər də olsun, ÜDKİ məzunu tanımıram ki, müəlliminin ölümünü öz şəxsi dərdi və itkisi hesab etməsin. Mən 1977-1982-ci illərdə ÜDKİ-də oxumuşam. Sergey Bondarçuk, Sergey Qerasimov, Anatoli Qolovnya, Aleksandr Xoxlov kimi sənətkarları görmüşəm. ÜDKİ peşə vərdişlərimlə, bilgilərimlə yanaşı, həm də dünyagörüşümü formalaşdırıb, mənə sənətkar ruhu qazandırıb”.

V.Menşov qeyd edib ki, Bakı onun doğulduğu və böyüdüyü doğma şəhərdir. “Dünən dostum Vaqif Mustafayevlə birgə bir zamanlar Bakıda yaşadığım yerləri gəzdik. Bakı qeyri-adi şəhərdir. Bura ilə bağlı çoxlu xoş xatirələrim var. Bu şəhərdə mənim çoxlu dostlarım, yoldaşlarım yaşayır. Onlardan biri də Eldar Quliyevdir. Yaxşı xatırlayıram, 1958-ci ildə bizim taleyimiz həll olundu. Biz İnstitutun yataqxanasında birlikdə yaşayırdıq. Gecə boyu tələbələrin mübahisələrini dinləyirdik. Biz bu mübahisələri dinləyə-dinləyə anladıq ki, yaradıcılıq prosesində qalmaq istəyirik. Məhz onda həmişəlik anladım ki, VQİK mənim həyatımdır və mən bu həyata tam dalmayınca, ordan getməyəcəm”.

Tədbirin sonunda V.Malışev səmimi qəbula görə ADMİU-nun rektoru professor C.Mahmudovaya təşəkkür edib və ÜDKİ-nin Azərbaycanlı məzunları ilə görüşdən çox təsirləndiyini bildirib.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir