Ana səhifə » Xəbər » ADMİU-da “Danabaşlar” tamaşası nümayiş olunub

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 25, 2019

İranlı rejissor Lənkəran Dövlət Dram Teatrında “Sinemarın qətli” tamaşasını hazırlayır

Xəbər
Aprel 25, 2019

Qax Dövlət Kukla Teatrı Balakən rayonunda qastrol səfərindədir

Xəbər
Aprel 25, 2019

ƏSA Teatrında yeni tamaşa – “Adamlar və siçanlar-2. Fermadan qaçış”

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

ADMİU-da “Danabaşlar” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Danabaşlar” tamaşası nümayiş olunub. Tamaşada Teatr sənəti fakültəsində Dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edib.

Tamaşanın quruluşçu rejissoru kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə, kursun səhnə danışığı müəllimi dosent Nadir Hüseynovdur.

Səhnə əsərində Əlirza Kənani (Mirzə/Uçitel), Tunar Əlizadə (Xudayar bəy), Ər Toğrul Kamalov, Fərid Bağırov (Qazı), Romən Hüseynov (Kefli İsgəndər),  Asim Mərdanov (Vəli bəy/Kəblə Mirzalı), Elnur Tağıyev (Vəli bəy/Kəblə Fətəli), Fərid Abbasov (Nəçənnik/Poçtalyon), Aksana İskəndərova (Madmazel /Fatmanisə /Səbzalı), Çimnaz Bağırova (Məmmədhəsənin arvadı/Mustafa), Rəhimə Abdinova (Əhməd/Gülpəri), Səbinə Məmmədova (Şaban nənə/Səkinə) və Ayan Məmmədova (Əsəd) çıxış edir. Janrı “qəmli komediya” kimi təyin olunan tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Nümayişdən sonra  ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Elm və Yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə, Teatr sənəti fakültəsinin dekanı dosent Ellada Hüseynova, Dram teatrı və kino aktyoru kafedrasının müdiri professor Gülşad Baxşıyeva, Xalq artisti Məmmədsəfa Qasımov, professor Fikrət Sultanov, dosent Fikrət Məlikov, dosent Nadir Hüseynov, baş müəllim Əlizaman Mirzəyev və digər müəllimlərin iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub.

“Kaspi” qəzetinin “Teatr” əlavəsinə danışan qrupun kurs rəhbəri, Əməkdar artist Yaqut Paşazadə qeyd edib ki, “Danabaşlar” tamaşası universitet tələbələri uçun aktyor oyunu nümayiş etdirməklə yanaşı, həm də cəmiyyətimizdə rast gələn nöqsanları insan kimi anlamaq, tamaşaçıya ötürmək bacarığına yiyələnmək baxımından böyük bir təcrübədir. Tələbə-aktyorların “Danabaşlar” tamaşasında bir neçə fərqli obrazı ifa etməsi onların çevik düşüncəyə və başqalaşma bacarığına yiyələnməsinə kömək edir. Nəzərə alsaq ki, Mirzə Cəlil dramaturgiyası hər dövrun güzgüsüdür, onda “Danabaşlar” tamaşası gənclərin, sadəcə, aktyor bacarıqlarını inkişaf etdirmək üçün deyil, həm də insan olaraq cəmiyyətdə düzgün mövqe tutmaları ücün bir tərbiyə vasitəsidir. Çünki ADMİU-da biz gələcəyin böyük sənətkarları ilə yanaşı, həm də düşüncəli və mənəviyyatlı insanların formalaşmasına çalışırıq.

Səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə bildirib ki, tamaşa Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanıb. Səhnənin ortasında üzərində qara örtü ilə örtülən kitab isə müəllifin “Anamın kitabı” əsərini simvolizə edir.

“Çox təəssüf ki, müəllifin bu əsərləri və bu əsərlər əsasında hazırlanan səhnələşdirmə bu gün də öz aktuallığını saxlayır. Belə ki, Mirzə Cəlildən bu yana novruzəlilərin avamlığını, kor-koranə itaətini, məmmədhəsənlərin mövhumatını, xudayarların zülm-istismarını, qazilərin, şeyx nəsrullahların uydurma fitvalarla avtoritetini saxlamasını, şəriəti rəzilliklərinə vasitə etməsini  inkişaf etmiş, müasir  texnolojgiyalara yiyələnən orta stasistik azərbaycanlının həyatında hələ də görmək olar. Tamaşa qəmli komediya janrında hazırlanıb. Bu  janr təyinini  Mirzə Cəlilin bütün yaradıcılığına şamil etmək olar. Çünki ömrünün sonuna qədər qələmi iztehzalı, gözü isə yaşlı olan Mirzə Cəlil son günlərini də tragikomik bir vəziyyətdə, əlyazmalarını sobada yandırıb istisinə qızınaraq keçirib”.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir