ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin “Zamanın uçurumu” pyesi əsasında hazırlanan “Boksçu” tamaşasının premyerası olacaq. 

“Zamanın uçurumunda” həyatını rinqə həsr etmiş boksçunun çətin seçimi ilə bağlı bir tamaşadır. Ciddi dieta, yorucu məşqlər, daimi döyüşlər. Turnir cədvəlində bir yerə çıxmaq üçün beş dəfə döyülməlisən. Döyülürsən və yenə aşağı düşürsən: “Həyat iyrəncdir, bir yerə yüksəlmək üçün digərini döyməlisən. Dünya niyə belə qurulub?”- deyə əsas obraz bildirir. Bütün bunları niyə edir və buna dəyərmi? Yazıçının digər əsərləri kimi burjua cəmiyyəti ilə qarşıdurmada olan insanlara həsr olunmuş bu pyesdə də yalnızlıq, pislik, xaos və yaşadığımız şiddət dünyasında insanın alçaldılması təsvir olunur. Kobo Abe əsərdə “əgər insanlar özlərinə qalib gələ bilərsə, bütün pisliklərə qalib gələ bilər” ideyası ilə çıxış edir.

Səhnə əsərində ADMİU-nun magistr tələbəsi Hilal Dəmir, Teatr sənəti fakültəsinin 2-ci kurs tələbələri Fərhad Əliyev və İsrafil Tağıyev çıxış edir. 

Tamaşa sentyabrın 13-də İstanbul Maltəpə Bələdiyyəsinin keçirdiyi Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Aliyə Dadaşova – “Qiyamət: Trierin dövri və cari qorxuları…”

Tam bir həftə əvvəl məşhuri cahan Danimarka rejissoru Lars von Trierin "Cekin tikdiyi ev” adlanan yeni filminə baxdım. "Film necədi?” soruşanlara bir cavabım vardı:...

YARAT Teatr Klubu “Telefon”

"Telefon" tamaşası Xalq yazıçısı Anar Rzayevin "Mən, sən, o və telefon" hekayəsi əsasında səhnələşdirilmiş müasir interpretasiyadır və bir təsadüfi hadisənin, iki tanış olmayan gənc...

“Romeo və Cülyetta” Bakıda

Mart ayının 2-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində İspan milli rəqs teatrı FlamencoLive “Romeo və Cülyetta” şou-proqramı ilə çıxış edəcək. Kollektivin iştirakçıları nüfuzlu...

Recent

V Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başladı

Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında...

Vaxtanqov teatrında yeni baş rejissor

Teatro.az rus mətbuatına istinadən xəbər verir ki, Yuriy Butusov Vaxtanqov adına teatra baş rejissor təyin edilib. Bu haqda teatrın bədii rəhbəri Rimas Tuminas məlumat...

Dağlar Yusif: Fuad Poladov – Aktyor oyununda dominant “mən” konsepsiyası

(islaq küçələrin yolçusu üçün portret) Mənimçün teatr ondan başlayır. Üç il bundan əqdəm bir payız aşxamı yeddi-səkkiz yoldaş olub Dram Teatrına yola düzəldik. Deyəsən, hamımız...