Ana səhifə » Xəbər » ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

BİLDİRİŞ MƏKTUBU

   Hörmətli həmkarlar!

            Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlunun anadan olmasının 70 illik yubileyi münasibətilə “Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır.
Konfrans 17-18 oktyabr 2019-cu il tarixində Bakı şəhərində baş tutacaq.
Türkdilli xalqların ənənəvi teatr mədəniyyətinin tədqiqatçıları, öz teatr ideyasını türkdilli xalqların teatr ənənələri zəminində gerçəkləşdirməyə çalışan rejissorlar, habelə,  humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim  heyəti, doktorant, dissertant və magistrantlar konfransa dəvət edilir.
Konfransın məqsədi: bu sahə üzrə elmi axtarışların və praktiki səylərin nəticələrini ümumiləşdirmək, informasiya mübadiləsinə nail olmaq və türkdilli xalqların teatr mədəniyyəti ənənələri əsasında türk teatrının hipotetik modelini formalaşdırmağın mümkünlüyünü müzakirə etmək.
            Konfransın əsas mövzu istiqamətləri:

  • Türkdilli xalqların mədəniyyətində ənənəvi teatr formalarının poetikası: tədqiq problemləri və tətbiq perspektivləri
  • Vaqif İbrahimoğlu yaradıcılığı Qərb və Şərq teatr mədəniyyətlərinin bifurkasiya nöqtəsi kimi

Əlavə məlumat almaq üçün təşkilat komitəsilə əlaqə yarada bilərsiniz.
e-mail: [email protected]
Konfransın şərtləri əlavə olunur.
Qoşma 3 (üç) səhifə.
Sizi konfransın iştirakçıları arasında görməyə ümid edirik.

İŞTİRAKETMƏ ŞƏRTLƏRİ:
Konfransın hər hansı bir seksiyasının iclasında iştirak etməyi arzulayan hər bir şəxs 30 iyun 2019-cu ilə qədər təşkilat komitəsinə ərizə (əgər məqalə həmmüəlliflə yazılıbsa, ərizə yalnız bir adamın adına doldurulur) ilə müraciət etməli və öz məqaləsini konfransın elektron poçtuna göndərməlidir. Konfransda aşağıdakı formalarda iştirak etmək olar: bir və ya bir neçə bölmə çərçivəsində məruzə etməklə, yaxud məruzə etmədən qiyabi iştirakı təmin etməklə (konfransda iştirak etmədən stenddə yerləşdirilmiş məruzə).
Konfrans materiallarının nəşri tədbirin keçiriləcəyi müddətə kimi planlaşdırılır.
Məruzəçilərin yol və viza xərcləri istisna olmaqla digər xərclər (2 gecəlik mehmanxana, şəhərdaxili nəqiyyat, yemək) Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti tərəfindən ödəniləcəkdir.
Konfrans üçün önəmli tarixlər:
Ərizə, tezis və məqalələrin qəbulu üçün son müddət: 30.06.2019
Konfransın keçirilmə tarixi: 17-18.10.2019
  
ƏRİZƏ VƏ MƏRUZƏLƏRIN TƏRTİB QAYDALARI
Ərizədə müəllif haqqında məlumat (soyadı, adı, atasının adı, elmi dərəcəsi və elmi adı, iş yei və vəzifəsi, poçt və elektron ünvanı, telefon nömrələri) və məruzənin mövzusu göstərilməlidir.
Məqalənin mətni Microsoft Word proqramında A4 formatında,  Times New Roman şriftilə, 14 keqllə, yuxarı və aşağı məsafələr 20 mm, soldan 30 mm, sağdan məsafə 15 mm ara qoyulmaqla, sətirlər arası interval 1,5 mm olmaq şərtilə yığılmalıdır.
Həcm 7 səhifəni aşmamalıdır, səhifələr nömrələnməməlidir. Müəyyən mənbələrə istinad mətn daxilində kvadrat mötərizə içində verilməlidir, məsələn [K.Dadaşzadə, 2009, s.33]. “Ədəbiyyat siyahısı” bölməsində əsərlər əlifba sırası ilə (12 pt) düzülür və nömrələnmir. Məqalələr müəllif redaktəsilə çap olunur.  Azərbaycan, türk, rus və ingilis dilləri konfransın işçi dilləridir.
Nəticə (əgər məqalə bu göstərilən dillərdən hər hansı birindədirsə, digər iki dildə mütləq onun nəticəsi 8-10 sətir həcmində 10 keql və 1 interval olmaq şərtilə yazılmalıdır).
Açar sözlər 10-12 sözdən ibarət olmalıdır.
Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları dərc etməmək hüququnu özündə saxlayır. Bu barədə məlumat müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.
İŞTİRAKÇININ ƏRİZƏSİ

Soyad, ad, atasının adı (tam)
Elmi dərəcəsi
İş yeri
Vəzifəsi
E-mail
Telefon nömrəsi (ölkənin kodu ilə)
Ev ünvanı (poçt indeksilə)
Ölkə, şəhər     
Məruzənin adı
Açar sözlər
Tezis

ƏLAQƏ
Ünvan: ADMİU, İnşaatçılar prospekti, 39.
Telefon: (+99 412) 599-00-54
Elektron poçtunun ünvanı: [email protected]
İnternet ünvan: http://admiu.edu.az/

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir