Ana səhifə » Mövqe » Nigar Pirimova – 6 yaşınız mübarək, “Oyuq”çular…

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Nigar Pirimova – 6 yaşınız mübarək, “Oyuq”çular…

Uşaqlar bizim gələcəyimizdir
Uşaqlar bizim gələcəyimizdir. Uşaqların asudə vaxtının səmərəli təşkilində, onların teatra, səhnəyə, ümumilikdə incəsənətə sevgi ruhunda formalaşmasında incəsənət məktəbləri, gimnaziyalar və bu kimi təhsil müəssisələri ilə yanaşı, teatr dərnəklərinin, studiyalarının da müstəsna rolu var. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da yaradıcı gənc və yeniyetmələrlə bağlı saysız-hesabsız uğurlara imza atıb. Studiyanın yaradıcı heyəti istedadların üzə çıxarılması, onların professional səhnəyə hazırlanması, potensial ifaçı və aktrisalar kimi özlərini təsdiq etmələri üçün növbəti layihəsini reallaşdırıb. Bu il 6 yaşını qeyd edən “Oyuq” teatr-studiyası fevralın 9-da R.Behbudov adına Dövlət Mahnı Teatrında “Sən bir nəğməsən” adlı konsert proqramı ilə çıxış edib. Konsert proqramından danışmazdan öncə bu balacaların gördüyü böyük işlərdən, altı il ərzində ölkəmizi, vətənizimi tanıtdıqları xarici səfərlərdən, qazandıqları uğurlardan danışmağı özümə borc bilirəm.

Hesabat, yaxud əsas haşiyə
“Oyuq” teatr-studiyası altı il öncə 2013-cü ilin fevral ayında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaradılıb və həmin ilin may ayının 10-da “Kaspi” Tədris Mərkəzi ilə birgə hazırlanmış “Hər birimiz bir çiçək” adlı ilk tamaşasını təqdim edib. Layihədə “Kaspi” Tədris Mərkəzində təhsil alan uşaqlar iştirak edib. 600 nəfər uşağın içərisindən 40 nəfərə qədər uşaq seçilib. O gündən etibarən hər il bir neçə tamaşa oynanılır, müxtəlif tədbirlər və xeyriyyə aksiyaları keçirilir. “Oyuq” teatr-studiyası yarandığı gündən bu günə qədər bir çox ilklərə imza atıb. 2014-cü ildə “Oyuq”çular talassemiyalı uşaqlarla “Göyçək Fatmanın sərgüzəştləri” adlı tamaşa hazırlayıblar. Balacaların xarici səfərləri də az olmayıb. Bu illər ərzində kollektiv Türkiyədə, Bolqarıstanda, Makedoniyada və Rusiyada tamaşalarla və musiqi nömrələri ilə çıxışlar edib. 2016-cı il Rusiyada keçirilən “Cazz Karusel” festivalında “Cırtdan və dostları” adlı tamaşa oynanılıb və tamaşadan sonra studiya üzvlərinin musiqi nömrələri ilə çıxışı olub. Getdikləri yerdən mükafatsız qayıtmayan “Oyuq”çular bu festivalda da tamaşaya görə “Qran-Pri”, ifa olunan mahnıya görə isə birincilik qazanıblar. 2017-ci ildə aprel ayında ilk dəfə olaraq autizm sindromlu uşaqlarla “Oyuq” teatr-studiyasının fəalları birlikdə “Əlimdən tut” tamaşası hazırlayıblar.
2017-ci ildə musiqisi Vüqar Camalzadəyə, sözləri Cəmilə Allahverdiyavaya aid olan “Əlimdən tut” mahnısına çəkilən klipdə əlilliyi olan uşaqlar aktyor kimi çıxış edib.
Bununla yanaşı, “Oyuq” teatr-studiyası tez-tez onkoloji xəstəlikləri olan uşaqlarla birgə layihələr hazırlayır və konsert proqramı ilə çıxışlar edir.
Studiya hərbi-vətənpərvərlik mövzusuna da müraciət edib. Belə ki, uşaqların ifasında aprel şəhidlərinin xatirəsinə həsr olunmuş “Ordumuzun igidləri” adlı klip çəkilib. Klipin təqdimatı Dövlət Kukla Teatrında baş tutub.
“Oyuq”çular 2017-ci ildə isə Bolqarıstanın Varna şəhəridə keçirilən festivalda “Sarı gəlin” mahnısını ifa edib və yenə də birinciliklə vətənə dönüblər.Xeyirxah “Oyuq”çular
Studiya ölkənin sosial həyatına aktiv qoşularaq, mütəmadi şəkildə Bayraq günü, Müstəqillik günü və digər əlamətdar hadisələrlə bağlı tədbirlər hazırlayır, konsertlər verir. Bu il isə ard-arda iki xeyriyyə tədbiri hazırlayan “Oyuq” teatr-studiyasının tədbiri yenə də böyük sevinc və marağa səbəb olub. Belə ki, dekabr ayında, yeni il ərəfəsində “Şaxta babaya məktub” konsert proqramı hazırlanıb. Uşaq internat evlərindən 70, daun və autizm sindromlu uşaqlardan 12 nəfərin  məktubları Şaxta babaya çatdırılıb. Aarzuladıqları hədiyyələri Şaxta babadan almaları uşaqlara hədsiz sevinc hissi yaşadıb. Tədbir çərçivəsində “Qırmızı papaqın nağılı” tamaşası oynanılıb. “Oyuq” teatr-studiyası növbəti dəfə bu layihəni daha möhtəşəm və fərqli tərzdə keçirməyi düşünür. “Oyuq” teatr-studiyasının fəalları təkcə studiya çərçivəsində deyil, bir çox layihələrdə çıxışlar edirlər, rol alırlar. Yeni il bayramı münasibəti ilə Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondu tərəfindən keçirilən “Cırtdan nağıllar aləmində” adlı meqa-şouda da “Oyuq” teatr-studiyasının fəallarından biri İbrahim Süleymanlı baş rolu – Cırtdanı oynayıb və studiyanın fəallar üzvlərindən Vüsalə Bəkirzadə, Aysu Cəbrayılova, Selcan Xatun da həmin meqa-şouda rol alıblar. Bundan başqa, Vüsalə Bəkirzadə hazırda “Zima” musiqi festivalında çıxış edir. Hazırda sözügedən studiyada 40 nəfər uşaq var, hər ildə iki dəfə teatra istedadlı uşaqların qəbulu baş tutur. Aprel ayında İrana səfər gözlənilir, həmçinin studiya Türkiyədə düzənlənəcək “23 nisan” (aprel) uşaq bayramına da dəvət alıb.Musiqili aksiya
Qayıdaq fevralın 9-da keçirilən musiqili aksiyaya. Tədbiri Səidə Haqverdiyeva-Əhmədzadə açaraq studiyanın fəaliyyəti barədə qısa məlumat verdi, qonaqları salamlayaraq, balaca sənətçilərin ifasında nümayiş olunacaq maraqlı proqramı izləməyə dəvət etdi. Musiqili aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı, Azərbaycan estradasının məşhur müğənnilərindən Elnarə, Sevda Yəhyayeva və digərləri çıxış etdilər. Artıq səhnədə öz sözünü demiş bu ifaçılar balaca davamçıları ilə eyni səhnəni bölüşərək studiyanın əsas ideyasına – gələcək uşaqların çiyinlərindədir ideyasına dəstkələrini nümayiş etdirdilər. Zəngin proqrama malik konsertdə 19 yaşlı istedadlı soydaşımız Dinara Mahmudova da çıxış etdi. Vətənində ilk dəfə səhnəyə çıxan bu istedadlı gəncimiz Rusiya və bir sıra Avropa ölkələrində keçirilən vokal müsabiqələrinin laureatı, Praqa Konservatoriyasının klassik vokal sinfinin tələbəsidir. Musiqi gecəsində çıxış edən studiya yetirmələri Azərbaycan estrada musiqisinin inciləri ilə yanaşı, dünyaca məşhur hitlərə də müraciət etdilər.
Onu da qeyd edək ki, xeyriyyə  konsertində  şəhid ailələrinin uşaqları, qaçqın və məcburi köçkünlər, əlilliyi olanlar, daun, autizm, talassemiya, böyrək çatışmazlığı, diabet xəstəliklərindən əziyyət çəkən uşaqlar da dəvət edilmişdi.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir