ƏSA Teatrı 3 yaşını qeyd edir

Yarandığı gündən Azərbaycanla yanaşı dünyanın digər ölkələrində də böyük maraqla qarşılanan İnklüziv ƏSA Teatrı bu gün 3 yaşını qeyd edir. ƏSA Teatrı  3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.

Azərbaycanın ilk və tək inklüziv teatrı yarandığı gündən bu günədək – 3 il ərzində böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib. Gənc olmasına baxmayaraq ƏSA Teatrı U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin əsərləri olmaqla beş tamaşa və bir perfomans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. 2016-cı ilən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.

ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. Həmçinin, Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.

2019-cu il Azərbaycanda “Nəsimi İli” kimi qeyd olunduğundan ƏSA Teatrı böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan anterpriza hazırlayır.

Bu gün 3 yaşını qeyd edən ƏSA Teatrında 30-a yaxın əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. Bütün kollektivin 3-cü ad günündə ƏSA Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kirayələrdən xilas olmaq və inklüziv teatrın özünün binasının olmasıdır.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

İranlı rejissor Lənkəran Dövlət Dram Teatrında “Sinemarın qətli” tamaşasını hazırlayır

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İran İslam Respublikasının Ərdəbil şəhərindən dəvət olunmuş rejissor Qərib Mənuçöhri teatrın...

Səudiyyə Ərəbistanı opera teatrı yaradır

Səudiyyə Ərəbistanı opera və orkestr yaratmaq üçün Fransa ilə əməkdaşlıq edəcək. Fransanın Mədəniyyət naziri ölkəsinin opera və orkestr yaratmaq üçün Səudiyyəyə kömək edəcəyini bildirib. Opera...

Yuğ Teatrı Adana Festivalında

Azərbaycan Dövlət YUĞ Teatrı Adanada keçiriləcək beynəlxalq teatr festivalına dəvət alıb. Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin oktyabrın sonu, noyabrın əvvəllərində keçirdiyi “V Şəhər...

Recent

İrəvanda uzun gecə

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 30 may 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Hidayətin “Ömürdən uzun...

Aygün Aslanlı, “Yoxsa”…

TeatrO.az saytının “Yoxsa” 21 ekspress sual layihəsində kinoşünas Aygün Aslanlı 1.Ay, yoxsa gün? – Hər ikisi. Biri digərindən ayrı mövcud deyil.

Xalq teatrları və dram dərnəkləri

Xəbər verdiyimiz kimi, 23 may 2018-ci il tarixində Yevlax şəhər Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional...