Mövqe
145 xəbər tapıldı

Aydın Talıbzadə - SÜNİ İNTELLEKT: ideal itaət apologiyası və ya modern quldarlığın konsepti
Yer kürəsi (və ya Yer nimçəsi) öz oxu ətrafında indi daha iti dönür və hər şey ildırım sürətilə süniləşir. Düşünməyə, filosofluq etməyə, ruzgarın dönüklüyünü uzun-uzadı fikirləşməyə, fikirləşib uzun-uzadı yazı yazmağa macal qalmır. Fəlsəfəyə tələb yoxdur: təkliflər isə yararsızdır. Hamı yavaş-yavaş əvvəlcə dünya ilə barışır, bir beyindən idarə olunmağa, bədənində çip daşımağa razılaşır, düşüncənin işıqlarını söndürür, məsuliyyətini sıfırlayır, müxtəlif informasiya mənbələrindən qulağına axıdılan “sıyıq” məsləhətlərlə, təklif-göstərişlərlə yaşamağa alışır, rahatlaşır və az sonra zombiləşir: özünü, həyatını süni intellektdən, internetdən, mobil telefondan, avtomatlaşdırılmış sistemlərdən, stereotiplərdən asılı eləyir.

Современная драматургия в Азербайджане: где она?
Что такое театр и современная драматургия? Не просто написанная сегодня, а отражающая актуальные проблемы современного общества.

Aynurə İbadullah – DRAM: 2022-Cİ İL VƏ ÖNCƏSİ
Ədəbiyyatın ən hərəkətli janrı dram üçün 2022 hərəkətsiz bir il oldu. Həm teatrdan, həm də mətbuatdan baxanda ilin dramaturji prosesi durğun göründü.

"КАПИТАНСКАЯ ДОЧКА" НА СЦЕНЕ БАКИНСКОГО ТЕАТРА
"В смутное сие время, по казацким дворам шатался неизвестный бродяга, нанимаясь то к одному, то к другому хозяину и принимаясь за всякое ремесло". Из история пугачёвского бунта. 8 глав. Глава вторая.

Fatimə Qurbanzadə - FESTİVAL BƏŞƏRİ KƏPƏNƏKDİR...
Festival nədir? Azərbaycan dilli elektron resurslar deyir ki, festival [fr. festival – bayram] incəsənətin hər hansı növünü nümayiş etdirən ictimai bayramdır. Bəs, onda niyə bayram yox, festival deyirik? Məncə, festival bir xalqın, ölkənin, coğrafiyanın “bayramıdır”. Bayram isə özü-özlüyündə geniş anlayışdır. Çünki, “bayram” eyni dinə, dilə, etnik qrupa, milliyyətə mənsub olanların bayramıdır. Festival isə maqnit kimidir, bir sıra ölkələri özünə çəkir, öz daxilində “yarışmağa”, birləşməyə səsləyir. Bayram tolerant deyil, çox zaman “separatçıdır” çünki, dinə, adət-ənənəyə, düşüncəyə, mədəniyyətə kip bağlıdır. Bayram monotondur, festival isə polifonikdir... Festivalları keçirməkdə məqsəd nədir?..

Aynurə İbadullah - DRAM ZEHNİYYƏTİ (V söhbət)
İtaliyanın kiçik bir şəhərində - Florensiyada doğan Renessans dünyanın dəngəsini dəyişəcək qədər böyük bir hadisə idi. Karl Marks bu hadisəni “Bəşəriyyətin o vaxta qədər yaşadığı ən böyük mütərəqqi çevriliş” adlandırmışdı. Antik yunanda doğan, Romada yaşayıb Romada da ölən Qərb təfəkkürü İtaliyada dirilməyə başlamışdı.

Aynurə İbadullah - DRAM ZEHNİYYƏTİ (IV söhbət)
Kilsə öz hakmiyyətinə ən böyük təhlükənin Antik Yunan mədəniyyətindən gələcəyini anlayırdı, ona görə də bu mədəniyyətin məhvi onun ilk gördüyü işlərdən oldu.

Aynurə İbadullah - DRAM ZEHNİYYƏTİ (III söhbət)
Teatr-dram sənəti Yunanıstanda toplumun düşüncə yönü, ifadə forması idisə, Romada o, yunan sənəti qarşısında heyranlıq duyan romalıların öz mədəniyyətlərinə etdikləri transformasiya idi.

Aydın Talıbzadə - QURANIN SİRLƏRİ TÜKƏNMİR
Fikrimcə, T.A.Şumovskinin Quran, surə, İslam, din sözlərinin yeni yozum versiyasının işığında aktuallaşdırdığı məqamlar dünya çapında İslamın imicini daha da pozitivləşdirmək baxımından son dərəcə dəyərli ola bilər.

Aynurə İbadullah - DRAM ZEHNİYYƏTİ (II söhbət)
Fikrin azad olması, şüurun mitosdan loqosa keçidi, fəlsəfənin doğuşu Antik Yunanda baş verdi. Bununla da, bəşər bu günə qədər az qala hər sahədə Şərq-Qərb bölgüsü apardığımız iki müxtəlif fikir sivilizasiyalarında öz yoluna davam etdi.

İlqar Fəhmi - Teatr forumu 2023 - "Qeydlər və düşüncələr"
70-ci illərin tamaşaçısı ilə, 80-ci illərin tamaşaçısının zövqündə o qədər də fərqi yox idi. Zövqlər və tələblər dəyişsə də bu prosses çox asta sürətlə baş verirdi və teatr da bu dəyişiklərə uyğunlaşa bilirdi və hətta deyərdim ki teatr da, başqa sənətlər də özləri bu dəyişikliyin önündə gedərdi.

Məryəm Əlizadə - Yeni dövrün teatrına doğru...
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 və Azərbaycan Teatrının 150 illiyinə həsr olunmuş Teatr Forumu (11-12 aprel 2023-cü il) məni bir sıra önəmli məsələlərə, ənənəvi anlayışlara sürətlə dəyişməkdə olan rəqəmsal dünyanın sərt gözü ilə yenidən baxmağa sövq etdi.