“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

  • 23 May - 2019

Azərbaycanı rejissor Tərlan Rəsulovun rəhbəlik etdiyi “dOM” Müstəqil Teatrının kollektivi “Tuğanlıq” festivalında iştirak etmək üçün Başqırdıstana yola düşüb. Müstəqil teatr festivalda ölkəmizi dramaturq İsmayıl İmanovin əsəri əsasında hazırlanmış “Limbo” immersiv tamaşası (qur. rejissor Tərlan Rəsulov) ilə təmsil edəcək.

Türkdilli Teatrların Beynəlxalq “Tuğanlıq” Festivalı artıq 7-ci dəfə keçirilir və hər festivalda türkdilli dövlətlərin ən yaxşı teatr kollektivləri dəvət olunur. 

Festivalın  proqram direktoru Aysılu Saqitovanın sözlərinə görə, “Tuğanlıq” festivalında “muasir dünyada milli dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi necə qorumalıyıq?” suallarına cavab axtarılacaq. Bu sual həmçinin, Festival çərçivəsində keçiriləcək “Mədəniyyətlərarası dilaoq və Türkdilli Teatrlar” elmi-praktiki  konfransında qaldırılacaq.

Festival 2019-cu il 23-30 may tarixlərində Ufada baş tutacaq. Həmin günlər ərzində Başqırdıstan, Tatarıstan, Azərbaycan, Krım, Qaqauz, Qırğızıstan, Tıva, Hakasiya, Özbəkistan, Türkiyə, Qazaxıstan, Altay Respublikasının teatr kollektivləri öz tamaşalarını M.Qafuri adına BADT, M.Kərim adına RB Dövlət Gənc Tamaşaçılar Teatrı, Ufa Dövlət “Nur” Tatar Teatrı, Başqırd Dövlət Opera və Balet Teatrı, Başqırdıstan Dövlət Akademik Rus Dram Teatrının səhnələrində təqdim edəcəklər. Respublikanın və M.Qafuri adına BATD-nin 100 illiyinə düşən builki Festivalda ümumilikdə 14 teatr kollektivi iştirak edəcək.  Festivalın açılışı Rusiyanın milli “Qızıl maska” mükafatı laureatı – “Züleyxa gözlərini açır” (G.Yahina, Y.Pulinoviç, rej A.Abuşahmanov) tamaşası ilə olacaq. 

“dOM”çular öz tamaşalarını 25 may tarixində M.Qafuri adına BADT-n kiçik səhnəsində nümayiş etdirəcəklər. Teatrın direktoru Tərlan Rəsulov festival çərçivəsində baş tutacaq elmi-praktiki konfransda çıxış edəcək. Festival çərşivəsində baş tutacaq etnokonsertdə isə teatrın aktrisası Əməkdar artist Yaqut Paşazadə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə çıxış edəcək. 


Oxunma sayı: 153

Yazar haqqında