Şah Mat Teatrının “Stullar”I

  • 04 Sen - 2019

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr tarixində saat 19.30-da “Etüd” kafe-barında nümayiş olunacaq. İki personajın rol aldığı səhnə əsəri gənc rejissorlar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Ümid Abbas və Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunacaq. Psixoloji dram janrında olan tamaşanın qəhrəmanı uzun illərdir adada tənha yaşayır. Hər gün eyni əhvalatlardan, eyni xatirələrdən bezir və qərara gəlir ki, dünyada sağ qalmış insanları evinə qonaq çağırsın. Beləliklə, qapı döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa boş bir stul. Qonaqlar gəlməyə başlayır, səbirsizliklə gözlənilən əlahəzrət imperator da gəldikdən sonra, növbə Natiqdədir. O 
bizim qəhramanın çoxdan düşündüyü və heç kəsə demədiyi sözləri çatdırmalıdır. Natiq isə LALdır.


Oxunma sayı: 166

Yazar haqqında