ADMİU-nun 11 müəllimi QİTİS-in onlayn ixtisasartırma kurslarında iştirak edib

  • 23 İyl - 2020

ADMİU-nun müəllim heyəti dünyanın ən nüfuzlu ali teatr təhsili müəssisələrindən hesab edilən Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak edib. Yarım ay davam edən kurslar peşəkar aktyorlar, rejissorlar və teatr pedaqoqları üçün nəzərdə tutulub. Aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti istiqamətləri üzrə təşkil edilən kurslarda ADMİU-nun Sabah qruplarının və Teatr sənəti fakültəsinin müəllimləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Böyükxanım Məmmədbəyova, Nicat Kazımov, Kəmalə Mehdiyeva, Yaqut Paşazadə, Gümrah Ömər, Nofəl Vəliyev, Ruslan Şöhrətoğlu, Ceyhun Dadaşov və Nargilə Qəribova iştirak ediblər. 

ADMİU-nun müəllimləri ixtisasartırma kurslarında QİTİS-in rektoru Q.Zaslavski, RF Xalq artisi, Dram rejissorluğu kafedrasının müdiri professor İ.Rayhelhauz, RF Əməkdar incəsənət xadimi, professor İ.Promptova, RF Əməkdar incəsənət xadimi, professor A.Barmak, Səhnə plastikası kafedrasının müdiri A.Zakirov kimi Rusiyanın görkəmli teatr pedaqoqlarının məşğələlərində iştirak ediblər. 

Kursun sonunda ADMİU-nun müəllimlərinə ixtisasartırma proqramında iştiraklarını təsdiqləyən vəsiqələr təqdim ediləcək.


Oxunma sayı: 43

Yazar haqqında