Cəbrayıl İsrafilov vəfat edib

  • 20 İyl - 2020

Azərbaycan teatr ictimaiyyətinə itki üz verib. Tanınmış teatr xadimi Cəbrayıl İsrafilov 69 yaşında vəfat rdib. O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb. 1991-2007-ci illərdə“Yuğ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov, professor İsrafil İsrafilovun və Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır. Allah rəhmət eləsin.


Oxunma sayı: 188

Yazar haqqında