BOLQARISTANLI REJİSSOR AZƏRBAYCANLI HƏMKARLARINA MÜRACİƏT ETDİ

  • 20 İyl - 2020

Salam, Azərbaycan!

Müstəqil Azərbaycanın sərhədlərinə Ermənistan ordusunun riyakar hücumunun və müharibənin yaşatdığı emosional sarsıntılar məni bir bolqarıstanlı kimi, insan və teatr xadimi kimi vətəndaş mövqeyimi ortaya qoymağa sövq edir və mən Azərbaycan xalqına, həmkarlarıma, doğmalarıma, ailəmə təmənnasız sevgimi bildirmək və öz köməyimi göstərmək istəyirəm!

Bununla əlaqədar, mən Azərbaycan teatr və kinosunun müvəqqəti Vətən cəbhəsini yaratmağı təklif edirəm. Məqsəd: Teatr ictimaiyyətinin döyüş bölgələrinin, sərhədyanı rayonların səhnəsində tamaşalar oynamaq və Azərbaycanda hamının öz Vətənini qorumaq üçün həmrəy olduğunu və onun haqlı olduğuna inandığını bütün dünyaya nümayiş etdirmək! Vəzifələr: Təklif edirəm ki, bu məqsədlə, açıq səhnədə və yük maşınlarının platformasında çıxış edəcək repertuara malik iki teatr truppası yaradılsın. Bu truppalar könüllülük əsasında təşkil edilsin. 

Kino filmlər. Müharibənin dəhşətlərini yaşayan və ondan əziyyət çəkən sərhədyanı rayonlardan və onların əhalisindən bəhs edən sənədli filmlər çəkilsin.

Mən öz təkliflərimi, azərbaycanlı həmkarlarıma, Azərbaycan hökumətinə və Mədəniyyət nazirliyinə ünvanlayıram.

Hörmət və minnətdarlıqla, Xristo Stoyçev.

 


Oxunma sayı: 54

Yazar haqqında