Talia Teatrı Milo Rau və Lük Persivalın tamaşalarını canlı yayımlayacaq

  • 21 May - 2020

Hamburqdakı Taliya Teatrı mayın 24-nə qədər həftəlik onlayn-proqram elan edib və orada Lük Persevalın, Milo Raunun, Nikolas Ştemanın və Ant Romero Nunyesin tamaşaları yer alıb.

Mayın 17-də Georq Büxnerin əsəri əsasında Yett Ştekelin quruluşunda hazırlanmış "Dantonun ölümü" tamaşası canlı yayımlanıb.

Daha sonra Emil Zolyanın "Ailəmin trilogiyası" romanını əsasında Lük Persevalın hazırladığı eyniadlı tamaşa nümayiş olunub. Bu, Rur triennallı ilə Talia Teatrının birgə məhsuludur. Mayın 18-də teatrın saytında trilogiyanın birinci hissəsi – "Sevgi", mayın 19 – da ikinci hissə "Pul", mayın 20-də isə sonuncu hissə olan "Aclıq" tamaşaları yayımlanacaq.

Mayın 21-də Milo Raunun "Nifrət radiosu" tamaşasına baxmaq mümkün olacaq.

Mayın 22-də F.Şillerin "Qaçaqlar" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa Nikolas Ştemanın quruluşunda nümayiş olunacaq.

Mayın 23-də "Hiyləgərlik və sevgi. Ode, Azadlıq 3" filminin premyerası olacaq. Rejissor Antu Romero Nunes olan bu əsər Şillerin pyesləri əsasında özünəməxsus karantin trilogiyasının üçüncü hissəsidir. Bundan öncə ilk iki hissə "Mariya Stüart" və "Vilhelm Tell"  nümayiş etdirilib.

Mayın 24-də "Cəbhə" ("Qərb cəbhəsində dəyişiklik yoxdur") tamaşasının nümayişi keçiriləcək. Tamaşanın rejissoru Lük Persevaldır. Səhnə əsərinin janrı “Erix Remarkın polifoniyası, Henri Barbüs və zaman sənədləri” kimi təyin olunub.

Teatrın veb saytında nümayiş olunacaq bütün tamaşalar 19:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq və 24 saat ərzində aktiv qalacaq.


Oxunma sayı: 112

Yazar haqqında