ADMİU SABAH qrupları QİTİS-in qonağı olacaq

  • 15 Mar - 2019

ADMİU SABAH qrupları 15-20 mart tarixlərində Rusiyada keçirilən festivalda iştirak edəcək. Kollektiv 14 nəfərlik heyətlə Moskvaya yola düşüb. “Sabahçılar” Rusiya Dövlət Teatr İnstitutunun (QİTİS) keçirdiyi “QİTİS-ustad dərsi” MDB ölkələrinin II Beynəlxalq Teatr festivalında çıxış edəcəklər. Festivalda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan və Ermənistanın teatr məktəbləri iştirak edəcək. 

ADMİU-nun tələbələri “QİTİS-ustad dərsi” festivalında ölkəmizi U.Şekspirin eyniadlı əsəri əsasında hazırlanmış "Otello" tamaşası ilə təmsil edəcək. Mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qrupları III kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış edirlər. ADMİU SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri dosent Fikrət Məlikovdur. 


Oxunma sayı: 137

Yazar haqqında