Londonun aparıcı teatrları tamaşalarını rus subtitrlərı ilə nümayiş etdirir

  • 19 Apr - 2020

Karantin zamanı Böyük Britaniyanın"Qlobus" və Kral Milli Teatrı öz tamaşalarını  onlayn  nümayiş  etdirəcək. Bu tamaşalara rus dilində altyazılarla baxmaq mümkün olacaq.

Kral Milli Teatrı TheatreHD/Play platformasında və Youtube kanalında özünün 3 tamaşasını nümayiş etdirir. Hər tamaşa bir həftə ərzində yayımda qalır. 

16 aprel tarixinədək Şarlotta Brontenin romanı əsasında Salli Kuksonun quruluşunda hazırlanmış "Ceyn Eyr"  (https://www.theatrehd.ru/ru/moscow/films/jane-eyre-2) tamaşasına baxmaq mümkün olub. Əsas rolları  Medlin Uorrol və Feliks Heys ifa edəcək. Tamaşa Bristolun "Old Vik" teatrı və Milli Kral Teatrının ortaq məhsulu olaraq yaradılıb.

16 apreldən onlayn nümayişi başlayan Robert Lüis Stivensonun romanı əsasında Poll Findlinin quruluşunda hazırlanmış "Xəzinələr adası"  (https://www.theatrehd.ru/ru/moscow/films/treasure-island) tamaşasına 23 aprelə qədər baxmaq olacaq.Tamaşada Petsi Ferran, Artur Darvill, Cillian Hanna və Nik Fletçer iştirak edir. 

23 apreldə isə Şekspirin "On ikinci gecə" (https://www.theatrehd.ru/ru/moscow/films/twelfth-night-2) pyesi əsasında Saymon Qodvinin hazırladığı  eyniadlı  tamaşa yayımlanacaq. Rollarda Temsin Qreq, Oliver Kris, Fibi Foks, Tamara Lourens və Tim Makmallen çıxış edir.

Həmçinin Şekspirin Qlobus teatrı da iyun ayının sonuna kimi nümayiş olunacaq tamaşalarının siyahısını açıqlayıb. Tamaşalar həftədə iki dəfə yüklənəcək, yeni tamaşa yüklənənə qədər köhnələrə baxmaq mümkün olacaq. Tamaşalara TheatreHD/Play (https://www.theatrehd.ru/ru/moscow/play?utm_campaign=online-globe-060420&utm_medium=email&utm_source=sendpulse) platformasında rus və ukrayna dillərində olan subtitrlərlə baxmaq mümkün olacaq. 

19 aprelə qədər Şekspirin tarixi xronikalarından biri olan "II Riçard"a (https://www.theatrehd.ru/ru/moscow/films/richard-ii-2) baxmaq mümkündür. Saymon Qodvin tamaşada tarixiliyə, parlaq rənglərə və rəngli kostyumlara üstünlük verir. Tamaşada orta əsr qəddarlığı ironiya ilə ifadə olunur, buna görə də, “Riçard” rolunu komediya rolları ilə məşhurlaşan Çarlz Edvards ifa edir. 

20 apreldən 3 maya qədər teatr Dominik Dromqulun quruluşunda əsas rollarını Adetomiva Edun və Elli Kendrikin ifa etdiyi "Romeo və Cülyetta"  (https://www.theatrehd.ru/ru/moscow/films/globe-romeo-and-juliet) tamaşasını  yayımlayacaq. Dromqul, adətən, rejissorların kəsdiyi hissələri tamaşaya salır. Bununla belə canlı musiqi və “Qlobus”  truppasının ifası  sayəsində  hadisələr o qədərdə uzan təsir bağışlamır.

4 maydan 17 maya qədər isə Dominik Dromqulanın quruluşunda "Yay gecəsində yuxu"-ya (https://www.theatrehd.ru/ru/moscow/films/a-midsummer-night-s-dream) baxa bilərsiniz. Tamaşada rolları Con Lay, Mişel Terri, Metyu Tennison, Sara MakRey, Lük Tompson, Couşa Silver və Pirs Kuiqli canlandırır. Bu tamaşa ilə Qlobusla daha yaxından tanış ola bilərsiniz, çünki, burada canlı aktyor enerjisi hətta ekrandan ötürülür.

18 maydan 31-ə qədər Blanş Makİntayrın “Qlobus”da debütü olan “Səhvlər komediyası” (https://www.theatrehd.ru/ru/moscow/films/the-comedy-of-errors) yayımlanacaq. Tamaşada Metyu Nihem, Saymon Harrison, Ceymi Uilks, Brodi Ross, Piter Hemilton Dayer və Ceyms Lorenson iştirak edir. Olli Foksun balkan-klezmer musiqisi və və müxtəlif dövrlərin memarlığının və kostyumlarının qarışdırılması tamaşay kolorit gətirir. Hadisələr Qədim Yunanıstanda baş versə də, qəhrəmanlar renessans dövrünün geyimlərindədirlər. 

İyunun 1-dən 14-ə qədər Blanş Makİntayrın daha bir tamaşası olan “Qış nağılı” (https://www.theatrehd.ru/ru/moscow/films/the-winter-s-tale-2018) tədqim ediləcək.  Rolları Uill Kin, Oliver Rayan, Lyuk MakQreqor, Bekki Cemell, Priyanqa Barford və Nora Lopes Holde ifa edir.

15-dən – 28 iyuna qədər El Uaylın quruluşunda “Vindzor cicibacıları” (https://www.theatrehd.ru/ru/moscow/films/globe-the-merry-wives-windsor) göstəriləcək. Tamaşada hadisələr XX əsrin 30-cu illərinə köçürülüb. 

“Qlobus”un daha iki tamaşası öz youtube kanallarında ingilis altyazısı ilə yerləşdirəcək. 19 apreldə Mişel Terrinin quruluşunda və ifasında “Hamlet”i görmək mümkün olacaq. Həmçinin tamaşaçılar “Qlobus”un virtual tamaşaçıları 18-31 may tarixlərində isə Con Fletçer və Vilyam Şekspirin əsəri əsasında Barri Patterin quruluşunda hazırlanmış “İki nəcabətli qohum” tamaşasına baxa biləcəklər. 


Oxunma sayı: 338

Yazar haqqında