“TEATR-ONLAYN” adlı beynəlxalq virtual elmi konfrans

  • 09 Apr - 2020

International Union of Theatre Critics

Beynəlxalq Teatr Tənqidçiləri Birliyi

Международное Объединение Театральных Критиков

 

Hörmətli həmkarlar!

Beynəlxalq Teatr Tənqidçiləri Birliyi

Sizi

“TEATR-ONLAYN”

adlı beynəlxalq virtual elmi konfransa dəvət edir

Koronavirus infeksiyasının yayılma təhlükəsi ilə əlaqədar bütün dünyanın teatrları karantinə bağlanıb. Pandemiya teatr həyatının bütün sahələrində dəyişikliklər edib: tamaşalar, premyeralar, qastrol səfərləri, festivallar və teatr görüşləri təxirə salınıb. 

Koronavirus hamının həyatını dəyişib. Məhz indi informasiya texnologiyalarının insanlara təsiri parlaq şəkildə görünür.  Teatrlar qapalı olmasına baxmayaraq, öz tamaşaçılarını onlayn nümayişlər, görüşlər, ustad dərsləri və müsahibələrlə sevindirirlər. Karantin dövründə bir çox insanlar mədəni cəhətdən zənginləşmək imkanı qazanıblar, çünki bütün dünyanın teatrları epidemiya zamanında onlayn kontentlərə ödənişsiz çıxış imkanları yaradıblar. 

Teatr həmişə canlı sənət olub. İndi isə onun yeni – virtual mərhələsi başlanıb. Biz teatr sənətinin bu yeni növünü qəbul etməyə hazırıqmı? 

Konfrans geniş suallar dairəsini əhatə edəcək: karantin teatrların fəaliyyətinə necə təsir etdi, onlayn nümayişlərin müsbət və mənfi cəhətləri, distant teatr təhsili və s.

Elmi konfransın məqsədi teatr sənətinin internet vasitəsi ilə tamaşaçıya ideya-dünyagörüşü və bədii təsirini qoruyub-saxlamaq imkanlarını araşdırmaqdır.

Konfransda teatr nəzəriyyəçiləri (teatrşünaslar, teatr tənqidçiləri, kulturoloqlar və jurnalistlər), praktiklər (rejissor, dramaturq, aktyor, menecer, rəsssam, teatr rəhbərləri) və teatr məktəblərinin pedaqoqları iştirak edə bilərlər.

 

 

Konfransda iştirak forması və şərtləri:

Konfransda iştiraka görə ödəniş tələb olunmur. Konfransın yekununda elektron materiallar toplusu nəşr olunacaq.

Konfransın forması: virtual

Konfransın dili: rus, ingilis. 

Məruzələrin son qəbul tarixi: 30 aprel 2020-ci il.

Virtual konfransın keçirilmə tarixi: 11 may 2020-ci il. 

Məruzə və iştiraketmə ərizəsinin 30 aprel 2020-ci il tarixinə qədər [email protected] e-mail ünvanına göndərilməsi vacibdir.   

 

İştiraketmə ərizəsi (Azərbaycan dilində elan)

Application form (Call in English)

Заявка на участие (обявление на русском)

 

Məruzənin tərtibi qaydaları:

Məruzənin mətni Microsoft Word mətn redaktorunda Times New Roman şriftində, 14 pt şrift ölçüsündə sətirdən sətrə keçirilmədən yığılmalıdır. 

Sətirlərarası interval – 1,0 

Sahələr: Yuxarı və aşağı – 2,00 sm, sağ- 1.5 sm, sol - 3 sm. 

Həcm: 5 səhifəyə qədər.

İstinadlar: Məqalənin sonunda verilmiş ədəbiyyat siyahısına uyğun. 

Ədəbiyyat əlifba sırası ilə aşağıdakı şəkildə tərtib olunmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234]

Koordinator: Elçin Cəfərov 

Əlaqə: E-mail: [email protected],Tel. +994776060393 

 

Təşkilat komitəsi: 

Anara Erkebay – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent (Qazaxıstan)

Laşa Çxartişvili - sənətşünaslıq üzrə elmlər doktoru, dosent (Gürcüstan)

Elçin Cəfərov - sənətşünaslıq üzrə fəlsəfə doktoru (Azərbaycan)

 

Təşkilat komitəsi nəşr üçün materialların seçimi hüququnu özündə saxlayır. Göstərilən tarixdən gec təqdim olunan, qoyulan tələblərə cavab verməyən, elmi-nəzəri səviyyəsi təşkilat komitəsini qane etməyən məruzələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək! Məruzənin elmi məzmununa, və üslubuna bütün məsuliyyəti müəlliflər daşıyır! 

 

Məruzələrin tərtibat nümunəsi

 

MƏQALƏNİN ADI (böyük qalın şriftlə, sətrin ortasında)

Soyad, ad, ata adı /sətrin ortasında, kursivlə/

Elmi dərəcəsi və adı /sətrin ortasında, kursivlə/

İş yeri, yaxud təhsil aldığı müəssisənin adı, şəhər, ölkə /sətrin ortasında/

Əlaqə üçün e-mail: /sətrin ortasında/

ANNOTASİYA (rus dilində tərtib edilmiş məruzələr üçün ingilis dilində, ingilis dilində tərtib edilmiş məruzələr üçün rus dilində) /sətrin ortasında/

Açar sözlər: /kursivlə, sətrin ortasında / 

Məruzənin mətni

 

Hörmətlə:   Beynəlxalq Teatr Tənqidçiləri Birliyi


Oxunma sayı: 709

Yazar haqqında