Teatrlardan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə

  • 26 Mar - 2020

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna teatrlarımız da ianə edib.

Xalq artisti Azər Paşa Nemətov rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi adından Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib, virusdan əziyyət çəkən insanlara şəfa diləyib və insanları özünü qorumağa, dövlətin müəyyən etdiyi qaydalara ciddi əməl etməyə çağırıb. 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da sosial həmrəylik tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.

Teatrın rəhbərliyinin aylıq əməkhaqqından könüllülük prinsipi əsasında ayırdığı vəsait ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı koronavirus ilə mübarizə üçün müəyyən miqdarda vəsaiti ölkə başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Yaxın günlərdə isə teatrın sevilən aktyorlarının iştirakı ilə sosial şəbəkələrdə #evdəqal aksiyası çərçivəsində video-çarxların yayımlanması nəzərdə tutulur.

Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev və bədii rəhbəri, baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə də aksiyaya qoşularaq bir aylıq əməkhaqlarını ölkə başçısının müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Azərbaycan Dövlət “Yuğ” Teatrı həmçinin Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edildiyini bildirib. O qeyd edib ki, “Yuğ” Dövlət Teatrının kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edir.

Həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrı, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı,Sumqayıt Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət teatrı sosial həmrəyliyə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiklərini açıqlayıblar. 

 

 


Oxunma sayı: 131

Yazar haqqında