“Sayt-spesifik teatr” mövzusunda seminar keçiriləcək

  • 04 Apr - 2019

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, TeatrO.az sənət portalı və müstəqil dOM teatrının əməkdaşlığı ilə “Sayt-spesifik teatr” mövzusunda seminar keçiriləcək.

Seminarın spikeri dOM Teatrının bədii rəhbəri Tərlan Rəsulovdur.

Tərlan Rəsulov dünya teatr məkanında geniş yayılmış ”sayt-spesifik” teatr haqqında geniş məruzə ilə çıxış edəcək. Seminar çərçivəsində “Sayt-spesifik teatr” anlayışı ilə ümumi tanışlıq, onun dünya teatr məkanındakı yeri, Azərbaycan teatr gerçəkliyində tətbiqi və inkişaf perspektivləri müzakirə olunacaq. Müzakirələr spikerlə resipientlər arasında dialoq, sual-cavab şəklində gerçəkləşəcək.

Aprelin 5-i saat 15.00-da ADMİU-nun böyük səhnəsində baş tutacaq seminarda predmetə dair videomateriallar nümayiş olunacaq və sayt-spesifik teatrın konkret təzahürləri haqqında məlumat veriləcək.

Qeyd edək ki, “Site-spesifik” termini 1980-ci illərin əvvəllərindən yaransa da, 2000-ci illərdən sonra daha tez-tez işlənib.

Xatırladaq ki, Sayt-spesifik bir sıra interaktiv teatr növlərini özündə cəmləmişdir. Bunlara küçə teatrından savayı, İmmersiv Teatr (Immersive Theatre), Gəzinti Teatrı (Promenade Theatre), Mühit Teatrı (Environmental Theatre), Muzey Teatrı da daxildir.


Oxunma sayı: 112

Yazar haqqında