Koronavirus təhkükəsinə görə Frankfurt Türk Teatr Festivalı təxirə salınıb

  • 19 Mar - 2020

Bu il 20-29 Mart tarixlərində keçirilməsi nəzərdə tutulan VII Frankfurt Türk Teatr Festivalı  Avropa ölkələrində COVİD-19 virusunun yayılması səbəbindən 5 – 15 İyun tarixinə keçirilib.

Frankfurt Teatrından verilən məlumata görə, Türkiyənin Frankfurtdakı Baş konsulluğunun rəhbərliyi ilə təşkil ediləcək festivalın, Avropanın əksər ölkələrində sürətlə yayılmaqda olan COVİD 19 virusu səbəbindən 5 – 15 İyun tarixinə keçirilir.

Frankfurt Türk Teatr Festivalının rəhbəri Kamil Kellecioğlu öz açıqlamasında bildirib: “Festival həyəcanını yaşamaq üçün gün sayərkən, belə bir qərar vermək bizim üçün də asan olmadı. Gərəkli həssalığı ortaya qoymağımız tələb olunurdu. Bu səbəbdən festivalda sənətçilərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə, mart ayında festivalı keçirməmək qərarına gəldik. Hər şeydən vacib sağlamlıqdır. İnsan həyatından daha qiymətli bir şey yoxdur. Bu səbəbdən 20-29 mart tarixlərində keçirilməsi nəzərdə tutulan festivalımızın gələcək 5-15 iyun tarixinə dəyişdirilməsini uyğun bildik”  - deyə qeyd edib. 

Nəzərinizə çatdıraq ki, VII Türk Teatr Festivalının proqramında hər hansı bir dəyişiklik olarsa, bu barədə festivalın sosial media hesablarında və veb səhifəsində məlumat veriləcək. 


Oxunma sayı: 86

Yazar haqqında