Avopada yaranan ilk Azərbaycan teatrı “Tumurcuq” 1 yaşını qeyd edib

  • 19 Mar - 2020

Bu günlərdə İsveç Krallığının Stokholm şəhərində Azərbaycan İsveç Dram Teatrı "Tumurcuq" 1 yaşını öz kollektivi ilə bərabər qeyd edib. Bu münasibətlə teatrın kollektivi ilə keçirilən görüşdə teatrın bədii rəhbəri və rejissoru Sevinc Nəzərli bildirib ki, yeni layihələr üzərində ciddi iş gedir: "Hazırda həm Isveç, həm də İngilis dilində tamaşalar hazırlanır. Teatr yaxın gələcəkdə qastrollara getməyi planlaşdırır. Çox sevindiricir ki, teatra maraq günü-gündən artır və yazılmaq istəyənlərin sayı çoxalır". Sevinc Nəzərli 10 mart Azərbaycan Milli Teatr günü və 27 mart Beynəlxalq Teatr günü münasibəti ilə teatrsevənləri təbrik edərək uğurlar arzulayıb. O, eyni zamanda, 24 mart "Tumurcuq" teatrının yaranmasınn ildönümü münasibətilə öz kollektivini təbrik edərək, bir olmağı və birlikdə yeni nailiyyətlərə imza atmağı arzulayıb.
Teatrın gənc aktyorları isə öz növbələrində qeyd ediblər ki, teatrı çox sevir, burda yaxşı dostlar tapıb, yeni maraqlı tamaşalar oynamaq istəyir, qastrol səfərlərə çıxmağı gözləyirlər. Onlar öz həmyaşıdlarını teatra dəvət edirlər.
Qeyd edək ki, "Tumurcuq"un ilk premyerası Cumhuriyyətimizin 101 illiyinə həsr olunaraq "101 uşağın nəvələri" adlı tamaşa olub. Hazırda azərbaycanlılarla yanaşı müxtəlif xalqların uşaqları da teatra qatılıb. Məqsəd festivallarda iştirak etmək, Azərbaycan mədəniyyətini və incəsənətini, ədəbiyyatı və folklorunu Avropada və dünyada tanıtmaqdır.
Əlavə edək ki, "Tumurcuq" İsveç Xalq Teatrının (Riksteatr) bir qoludur və Azərbaycan və İsveç Krallığı arasında mədəni əlaqələrin yaranmasına xidmət edir. Bu əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə İsveç Teatrının Azərbaycana qastrol səfəri planlaşdırılır.


Oxunma sayı: 187

Yazar haqqında