Rafael Dadaşov vəfat etdi

  • 16 Mar - 2020

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

Bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:

“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.


Oxunma sayı: 86

Yazar haqqında