Qax Dövlət Kukla Teatrında “Turp” tamaşası hazırlanır

  • 12 Mar - 2020

Qax Dövlət Kukla Teatrında “Turp” rus xalq nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər yekunlaşmaq üzrədir. Repertuar planına əsasən, hazırlanan tamaşa martın sonunda tamaşaçılara təqdim olunacaq. 
Rejissor, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Azər Kərimov, Araz Mehrablı, Afət Yaqubova, Elnarə Razıyeva və başqaları ifa edirlər. Tamaşanın rəssamı Mayis Abdullayevdir. 
Qeyd edək ki, 1971-ci ildən Qax rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Ötən illər ərzində Qax teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib, uğur qazanıb. 


Oxunma sayı: 80

Yazar haqqında