Müstəqil Human teatrının premyerası baş tutacaq

  • 24 Yan - 2020

1 fevral tarixində Human teatrının "Mənim" tamaşasının premyerası olacaq. 

Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində oynanılacaq tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Pərviz Məmmədrzayevdir. Tamaşada rolları Pərviz Məmmədrzayev və Elgün Həmidov canlandırır. Pantomim üslubunda hazırlanmış “Mənim” psixoplastik tamaşası səfil bir insanın həyatından bəhs edir. Zibillikdə yaşayan səfil öz fantaziyasının, yaradıcı təxəyyülünün hesabına boşluqdan yeni bir həyat qurur. O, burada tapdığı əşyalardan yeni şeylər düzəldir və yaratdıqlarından zövq alır. Lakin səfilin xoşbəxtliyi uzun sürmür...


Oxunma sayı: 79

Yazar haqqında