Cənnət Səlimova “Şərəf” ordeni ilə təltif edildi

  • 17 Yan - 2020

Azərbaycan Respublikasının Prezidenti Xalq artisti, rejissor Cənnət Səlimovaya "ŞƏrəf" ordeni verilməsi ilə bağlı sərəncam imzalayıb. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 yanvar 2020-ci il.


Oxunma sayı: 462

Yazar haqqında