Gənc yazarın monotamaşası səhnəyə qoyulacaq

  • 13 Yan - 2020

Gənc yazıçı Ülviyyə Heydərovanın "Pələng" əsəri əsasında hazırlanan monotamaşanın məşqlərinə başlanılıb.

İstedadlı gənc yazarın monotamaşası Sumqayıt Dövlət Dram Teatrının səhnəsində oynanılacaq.

Monotamaşanın 2020-ci ilin fevralında təhvil veriləcəyi nəzərdə tutulub.

Tamaşanın quruluşçu rejissoru Ümid Abbas Nihani, ifaçısı Kamran Muradlıdır.

Qeyd edək ki, Ülviyyə Heydərova "Pələng" əsərini görkəmli kinodramaturq, ssenarist Ramiz Fətəliyevə ithaf edib.

  •  

Oxunma sayı: 51

Yazar haqqında