"Astara bağları və ya sitrus terroru" tamaşası Rusiya festivalında

  • 15 Dek - 2019

“Astara bağları və ya sitrus terroru” tamaşası Rusiyada “Məktəb. Studiya. Emalatxana” festivalında nümayiş olunacaq. 

Sankt-Peterburq şəhərində keçirilən “Məktəb. Studiya.Emalatxana”  festivalı çərçivəsində Azərbaycanlı dramaturq İsmayıl İmanın yazdığı “Astara bağları” pyesi əsasında Gəncə Dövlət Dram teatrının baş rejissoru İradə Gözəlovanın hazırladığı “Astara bağları və ya sitrus terroru” tamaşası nümayiş olunacaq. 15 dekabr tarixində Bakı vaxtı ilə 18:00-da Sankt-Peterburqun “Masterskaya” teatrının kiçik səhnəsində göstəriləcək tamaşa eyni vaxtda internet üzərindən festivalın səhifəsində (Link: Teatr Masterskaya) canlı yayımlanacaq. 

Bir terror aktı zamanı zamanı öldüyü güman edilən Rəsul Yaqubov 15 il sonra evinə dönür. Bu illər ərzində Astarada kiçik bir kənddə yaşadığını ailəsinə bildirən Rəsul gözlədiyi reaksiyanı almır. Uzun müddətdir ki, ailədə hər şey dəyişib və onun bu sürprizi heç də xoş qarşılanmır. 

“Astara bağları və ya sitrus terroru” həyatdan müvəqqəti olaraq qopma, gündəlik rutindən, ailə, iş məsuliyyətindən qaçma istəyimizdən və inert varlığımızdan bəhs edən hekayədir. 

Tamaşada rolları Anton Momot, Aleksey Vinnikov, Yuliya Vibe və Sergey Pankov ifa edir.


Oxunma sayı: 209

Yazar haqqında