İradə Gözəlova Gürcüstanda "Uçqun"a quruluş verib

  • 07 Dek - 2019

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovanın Gürcüstanda quruluş verdiyi "Uçqun" tamaşasının premyerası baş tutub. Türkiyəli dramaturq Tuncer Cücenoğlunun eyniadlı pyesi əsasında hazırlanan tamaşanın ilk nümayişi 3 dekabrda Sandro Axmeteli adına Tbilisi Dram teatrında keçirilib. Tamaşada rolları Maiko Vatsadze, Andria Qvelesiani, Tamar Bejuaşvili, Mamuka Mazavrişvili, Beknu Kapianidze, Nino Tsimakuridze, Roma Tsirekidze, Neli Badalaşvili ifa edir. Rəssamı Marika Kvaçadze, Salom Batiladze, bəstəkarı Mehran Mirmir olan səhnə əsəri uğurla tamaşaçıların ixtiyarına verilib. Dramaturqun ən yaxşı əsərlərindən biri olan pyes dünyanın bir çox teatr səhnəsində müxtəlif quruluşlarda təqdim olunub. Müəllif bu əsərində insan üçün həmişə aktual və ağrılı bir məsələni bəşəri qorxu kimi təqdim edir. “Köhnə qaydalar dağılanda nə baş verir? – Dəyişmə zamanı gəlir. Səsi yüksəldirik! Beləcə bütün bəşəriyyət səsimizi eşidir və biz azadlıq qazanmaq üçün dəyişikliklərə hazır oluruq.” - deyə press relizdə bildirilir.


Oxunma sayı: 269

Yazar haqqında