"Pəncərədə meyit" tamaşası Teatr Xadimləri İttifaqında

  • 25 Noy - 2019

26 noyabr tarixində saat 15.00-da Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının “Pəncərədə meyit” tamaşası nümayiş olunacaq. 

Tamaşanın bədii rəhbəri ADMİU Sabah Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyovadır. İngilis yazarı Rey Kuninin “Kişi. Qadın. Pəncərə. Meyit” pyesi əsasında hazırlanmış “Pəncərədə meyit” tamaşasının quruluşçu rejissoru Xalq artisti Pərviz Məmmədrzayevdir. Qrupun səhnə danışığı müəllimi Xalq artisti Mehriban Zəki və dosent Nadir Hüseynovdur. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının Musiqili teatr aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edir. Dedektiv Cek Beykeri (Meyit) Anar Həşimov və Rəşad Əliyarov, Corc Piqdeni Rahib Məmmədov, Pamela Uillini Ruqiyyət Məmmədova və Lalə Süleymanova, Riçard Uillini Rəşid Mikayılov, Qledisi (Foster bacı) Səbinə Məmmədova və Günəş Bağırova, Mariyanı (Xidmətçi) Zəhra Hüseynova və Günəş Bağırova, Ronnini Əbdül Rzayev, Kromveli (Ofisiant) Ervin Paşayev, Ceyn Uorzinqtonu Rasimə Abbasova və Səbinə Məmmədova, Administrator rolunu isə Natiq Əliyev ifa edir.


Oxunma sayı: 195

Yazar haqqında