“Qızıl maska” İstanbulda rus tamaşalarını təqdim edəcək

  • 20 Noy - 2019

Noyabrın 18-dən 23-dək İstanbuldakı Beynəlxalq İncəsənət festivalı çərçivəsində Millətlər Teatrı, Yevgeni Vaxtanqov adına Teatr və “Balet Moskva” teatrı öz tamaşalarını göstərəcək. 

İstanbuldakı Beynəlxalq İncəsənət festivalının 2019-cu il proqramına 4 rus tamaşası daxil edilib. “Balet Moskva” Teatrı “Müasir rəqs”/ “Ən yaxşı tamaşa” nominasiyası üzrə “Qızıl Maska” - 2017 laureatı olan “Bütün yollar Şimala aparır” tamaşasını Türkiyədə nümayiş etdirəcək.  Maskulin mövzuları tədqiq edən xoreoqraf Karin Pontes tamaşanı aktyorların improvizasiyası üzərində qurub.

“Millətlər Teatrı” isə İstanbulda iki tamaşa ilə çıxış edəcək: 2018-ci ildə “Qızıl maska”nın Long Listinə daxil olmuş “Sirk” (rejissor Maksim Didenko) və “Russian Case” proqramının iştirakçısı və 2018-2019 mövsümündə “Qızıl maska” mükafatına namizəd olmuş “İran konfransı” (rejissor Viktor Rıjakov) tamaşaları. 

Vaxtanqov Teatrı Türkiyəyə 2014-cü ildə “Ən yaxşı rejissor işi”, “Ən yaxşı geyim üzrə rəssam işi” nominasiyaları üzrə “Qızıl Maska” larueatı olmuş  “Yevgeni Onegin” (rejissor Rimas Tuminas) tamaşası ilə gəlir. 

Tamaşalarla yanaşı, festival çərçivəsində Rusiya teatrı mövzusunda mühazirələr və müasir xoreoqrafiya üzrə master-klasslar keçiriləcək. 

“Qızıl Maska” İstanbul Beynəlxalq İncəsənət Festivalında ikinci dəfədir ki, iştirak edir. 2018-ci ildə burada Millətlər Teatrının “Hamlet/Kollaj” (rejissor Rober Lepaj”) tamaşası göstərilmişdi və İstanbul Beynəlxalq Teatr Festivalının mükafatına layiq görülmüşdü. 


Oxunma sayı: 110

Yazar haqqında