Opera tamaşaları pulsuz onlayn göstəriləcək

  • 20 Noy - 2019

Bu, Belçika və Almaniyada baş verəcək. Belə ki, tamaşaçılar 23 noyabr tarixində Moskva vaxtı ilə saat 20:00-da avropalı ekspressionist-rejissor Andreas Kriqenburqun yeni tamaşasını - Almaniyanın Münhen şəhərindəki Bavariya Dövlət Operasının səhnəsində quruluş verdiyi Albana Berqanın “Voççek” əsərini pulsuz onlayn izləyə biləcəklər. Maraqlıdır ki, operanın bədii əsasını təşkil edən Büxnerin dramı yüz ildən bir qədər əvvəl məhz Münxendə tamaşaya qoyulub (həm də bu il Büxnerin pyesinin ilk nəşrinin 140 illiyidir). Bu dəfə isə Kriqenburqun yaratdığı qrotesk fiqurları opera teatrının öz saytından (http://www.operlive.de/) izləmək mümkün olacaq. 

25 noyabr Brüssel La-Monne/De-Myunt (Belçika) Opera teatrının rəsmi saytında isə ilk dəfə olaraq Artura Oneqqeranın “Tonqaldakı  Janna” operası (oratoriya) Romeo Kastelluççinin quruluşunda hər kəsə açıq - onlayn formada nümayiş olunacaq. Xatırladaq ki, bu tamaşa Perm versiyasında Teodor Kurentzisin quruluşunda musiqili teatrın tarixində əsas hadisələrdən birinə çevrilmiş və “Qızıl maska” mükafatı almışdı. Premyera 2017-ci ildə Lion operasında baş tutmuşdu, hazırda isə Belçikada oynanılır. Tamaşanın dirijoru artıq Kurentzis deyil, Kazuşi Ono olacaq, amma əsas rolu əvvəlki kimi Odri Bonne ifa edəcək. Kastelluççinin məşhur işi ilk dəfə olaraq hər kəsə açıq video halında nümayiş olunacaq. Bununla belə Münhen tamaşasından fərqli olaraq “Tonqaldakı Janna”nın video versiyasını 20 yanvaradək izləmək http://oteatre.info/kastelluchchi-i-krigenburg-onlajn/ mümkün olacaq.


Oxunma sayı: 78

Yazar haqqında