TEATRO

TEATRO

sənət portalı

post-title

Virtual sevgi oyunu

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında yəhudi əsilli rus yazıçısı və dramaturqu Leon Aqulyanskinin “Sevgi. İt@ Nöqtə.Ru” adlı pyesi əsasında səhnəyə qoyulmuş eyniadlı əsərin premyerası olacaq.

Komediya janrında hazırlanmış tamaşa, müasir dövrün reallığını əks etdirən mövzu üzərində qurulub. Belə ki, söhbət, təsadüfən sosial şəbəkədə tanış olan və özləri haqqında müxtəlif yalanlar uyduran kişi və qadının münasibətlərindən gedir. Lakin hər iki tərəfin real həyatda görüşmək haqqında verdikləri qərar, bütün yalanları üzə çıxarır. Görüş zamanı personajlar müxtəlif komik situasiyalara düşürlər.

Xronometrajı 90 dəqiqə olan yeni səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Rəsulova, xoreoqrafik həll üzrə tərtibatçısı Xalq artisti Aleksandra Nikuşinadır.

Tamaşada rolları Xalq artisti Aleksandra Nikuşina və Əməkdar artist Yuri Omelçenko ifa edirlər.

Qeyd edək ki, premyerası 12 noyabr saat 19:00-da oynanılacaq komediya, 16 yaşdan yuxarı tamaşaçı auditoriyası üçün nəzərdə tutulub.

Load Time (S) : 0.005619