Dekabrın 19-da İsveçrənin “Le temps” qəzetinin saytında 21-ci əsrin ən görkəmli teatr xadimlərinin siyahısı yayımlanıb.
Əsrimizin 20 ən yaxşı tamaşasını seçmək ideyası pandemiya dövründə meydana gəlib. “Le temps” qəzetinin münsiflər heyətinə fransızdilli ölkələrdən və Fransadan 46 jurnalist, tənqidçi, dramaturq, teatr rejissoru və universitet professorları daxil edilib.
Münsiflər heyətinin hər bir üzvü teatr dünyasının 20 “incisi”nin adını yazmaqla öz siyahısını tərtib edib ki, ümumillikdə 900-ə yaxın addan ibarət siyahı yaranıb. Qaydalar isə sadə olub: tamaşalar 2000-2020-ci illər aralığında fransızdilli ölkələrdə qurulan əsərlərdən (əgər xarici dildə qoyulubsa subtitirli olan tamaşalar) seçilir. Bundan əlavə, münsiflər eyni müəllifin bir neçə işini də seçə bilərdi.
Tamaşaların siyahısına: Dantenin “İlahi komediya”sı əsasında Romeo Kastelluççinin hazırladığı “İnferno” tamaşası, Çexovun “Üç bacı” pyesi əsasında Kristiana Jatahın hazırladığı “Əgər onlar Moskvaya getsə idilər nə olardı?” tamaşası, Kşiştof Varlikovskinin “(A) pollonia”, Yana Deyvendakın “Buyurun, davam edin (Hamlet)”, Tomas Ostermayerin “III Riçard” tamaşası və digər səhnə əsərləri daxil edilib.
"Le temps”ın yazdığına görə, “Biz böyük tamaşaların dünyanı dəyişməsə də, ondan zövq almağa imkan verdiyini və bu mənada, həyata baxışımızı yenilədiyini göstərmək istəyirdik.”
Münsiflər heyəti həmçinin, əsrimizin ən məşhur teatr xadimlərinin adlarını da qeyd ediblər.
1. Romeo Kastelluççi (33 səs)
2. Milo Rau və Vajdi Muavad (28 səs)
3. Tomas Ostermayer (26 səs)
4. Joel Pomra (21 səs)
5. Kristof Martaler (20 səs)
6. Stefan Keqi (18 səs)
7. Kşiştof Varlikovskiy və Omar Porras (16 səs)
8. Kristiana Jatahi, Anhelika Liddel və Klod Reji (15 səs)
9. İvo van Hove (14 səs)
10. Yan Deyvendak və Patris Şero (13 səs)
11. Saymon Makberni, Rodriqo Qarsia, Pippo Delbono, Kristian Lyupa və “TG STAN” kollektivi (11 səs)
12. Vensan Maken (10 səs)
Oxşar yazılar
2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır....
"Yoxsa"nı kinoşünas Aygün Aslanlı deyəcək.
1. Ay, yoxsa gün? – Hər ikisi. Biri digərindən ayrı mövcud deyil.
2. Tənqid, yoxsa təhlil? – Təhlil. Çünki tənqiddən daha əhatəlidi və ç...
Artıq bir neçə gündür ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən I Beynəlxalq Lənkəran Teatr Festivalı öz işinə başlayıb. Festivala ölkəmizin 11 sənət ocağı öz tamaşaları ilə qatılıblar. Azərbaycan Dövlət Gənc...
Münhen bədii teatrı Almaniyada memar və rəssam qruplarının təşəbbüsü ilə yaradılmışdır. Teatr 1907-ci ildə açılmış və yalnız bir mövsüm fəaliyyət göstərmişdir. Lakin onun teatr tarixində böyük rolu olmuş...
Gənc yazıçı Ülviyyə Heydərovanın "Pələng" əsəri əsasında hazırlanan monotamaşanın məşqlərinə başlanılıb.İstedadlı gənc yazarın monotamaşası Sumqayıt Dövlət Dram Teatrının səhnəsində oynanılacaq.Monotamaşanın 2020-ci ilin fevralında təhvil veriləcəyi ...
"Yoxsa"nı aktyor-rejissor Kamal Yaşar deyəcək.
1. Şərq, yoxsa Qərb? Günəşli bəşəriyyət.
2. Teatr, yoxsa kino? Kinoteatr.
3. Aktyor, yoxsa rejissor? Sənətkar.
4. Dublyaj, yoxsa senari? Senaridə dubllar.
5. Ayin, yoxsa oyu...
Kulis Aydın Talıbzadənin “Nabat” filmi haqda yazdığı “Olum və ölüm arasında dözüm” məqaləsini təqdim edir.
Elçin Musaoğlunun tammetraylı “Nabat” bədii filmi 1992-ci ildə Qarabağ olayla...
Tarix boyu kukla teatrlarında, bir qayda olaraq, müharibə dönəmində özündə inqilabi elementlər əks etdirən tamaşalara rast gəlirik. Cəmiyyət kukla obrazlarında özünün kəskin mövqeli xarakterini müşahidə ed...
Bəlkə də, qədim zamanlardan müasir dövrümüzə qədər gəlib çıxan müəyyən suallar vardır ki, hələ də onların cavabı subyektiv səciyyə daşıyır. Sənətkarlığın əsas prinsipləri haqqı...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
16 aprel
K.Abdulla “Bir, iki, bizimki” saat 19:00
17 aprel
Elçin “Mənim ərim dəlidir” saat 19:00
18 aprel
C.Cabbarlı “Aydın” saat 19:...