TEATRO

TEATRO

sənət portalı

post-title

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu

Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Xalq artisti Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olunub. Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik edərək, dövlətin mədəniyyətə qayğısını vurğulayıb. O cümlədən Sumqayıtın sosial-mədəni inkişafından söz açan direktor, bu inkişaf palitrasında teatrın da öz çalarlarının olduğundan qürur duyduğunu söyləyib. Direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, istedadlı aktrisa Əməkdar artist İlahə Səfərova və digər aktyorlar çıxışlarında Svetlana xanımın teatrda, televiziyada, şəhərin mədəni-kütləvi tədbirlərində oynadığı obrazlara nəzər salaraq Xalq artistinin oyun tərzindən, səhnədə çevikliyindən, inprovizə qabiliyyətindən danışıblar. Qeyd olunub ki, Svetlana Həkimovanın yaratdığı “Solğun çiçəklər”də Sara, “Qaraca qız”da Gülğəri nənə, “Demoklisin qılıncı”da Hakimin qızı və bir sıra obrazları bugün də yaddaşlarda qalır. Sonda teatrın direktoru Əməkdar artist Mübriz Həmidov Sumqayıt Teatrının kollektivi adından Svetlana xanıma bir daha təbriklərini çatdırıb və teatr kollektivi adından hədiyə təqdim edib.

Load Time (S) : 0.003768