“Teatro.az” Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidovun cari teatr mövsümünün yekunlarına həsr olumuş müsahibəsini təqdim edir.
Leyla Eynullayeva: Mübariz müəllim, 51-ci teatr mövsümü başa çatır. Bir az geriyə qayıdaq. 51-ci mövsümü necə başladınız, daha çox nəylə yadda qaldı?
Mübariz Həmidov: 51-ci mövsümün açılışı ötən il sentyabrın 21-də baş tutdu. Bilirsiniz ki, 2019-cu ildə cənab Prezident bir neçə görkəmli ədibin, o cümlədən Cəfər Cabbalının yubileyi ilə əlaqədar sərəncam imzalamışdı. Biz də yaradıcı kollektiv olaraq, sərəncama əsasən, böyük dramaturqun “Solğun çiçəklər” pyesini repertuara daxil etdik. Əsasən, televiziya filmləri ilə tanınan rejissor Elşən Zeynallını dəvət etdik. Yeri gəlmişkən, artıq biz bu ənənəni formalaşdırmağa nail olmuşuq. Yaradıcılıq dəyişməyi, fikir müxtəlifliyini, mübadiləni sevir. O səbəbdən ayrı-ayrı stilistikası olan rejissorların dəvəti nəticədə daha çox uğur qazanmağa rəvac verir. Elə Elşən Zeynallının rezonans doğuran tamaşasının timsalında bu fikrimizi sübut edə bilərik. Məlumdur, C.Cabbarlının “Solğun çiçəklər”inə müraciət etməyən teatr yoxdur. Amma tam səmimi söyləyirəm və yəqin ki, tamaşaya baxmış mütəxəssislər də təsdiq edə bilərlər ki, Sumqayıt teatrının 51-ci mövsümünün açılışında göstərilən “Solğun çiçəklər” hər kəsi heyrətləndirə bildi. Sonradan mediada gedən yazılar, analitik təhlillər, resenziyalar da bunu göstərdi. Hərçənd, fərqli fikirlər də vardı. Və mən bunu təbii hal sayıram.
L.E.: Mübariz müəllim, ötən mövsüm həm də Sumqayıtın şəhər statusu almasının 70 illiyi keçirildi.
M.H.: Elə o barədə danışmaq istəyirdim. Ümumiyyətlə, keçən ili, doğrudan da, möhtəşəm yubileylər ili saymaq olar. Biz 50-ci mövsümün sonunda mütəfəkkir şair İmadəddin Nəsimi ilə bağlı qeyri-adı bir ədəbi kompozisiya təşkil etmişdik. Nəsimi rolunun ifaçısı, görkəmli aktyorumuz, Xalq artisti Rasim Balayevin, dünya şöhrətli muğam ustası, Xalq artisti Alim Qasımovun Sumqayıt Dövlət Dram Teatrının səhnəsində görünmələri kompozisiyaya, sözün əsl mənasında, ayrı bir rəng qatdı. O cümlədən, Sumqayıtın yubileyi ilə bağlı dramaturq Əli Əmirliyə verdiyimiz sifariş əsasında onun yazdığı “Sevgilim Sumqayıt” monumental tamaşasını 51-ci mövsümün başlanğıcından tamaşaçılara təqdim etməyə başladıq. Obrazların çoxluğuna və kütləvi səhnələrə görə truppa bütünlüklə tamaşaya cəlb olunmuşdu. İlin sonuna yaxın yubileylə bağlı möhtəşəm ümumşəhər tədbiri keçirildi. Qürurla söyləyə bilərəm ki, meydan tamaşasında da kollektivimiz öz yaradıcılıq imkanlarını nümayiş etdirdi. Şəhər icra hakimiyyəti ilə birlikdə reallaşan kütləvi tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov idi. Aktyor heyətimizin əksəriyyəti bayram tamaşasında rol almışdı. Yeri gəlmişkən, şəhərin yubileyi ilə bağlı mükafatlandırmada kollektivimizin də bir neçə üzvünün olması bizi sevindirdi.
L.E: Bəs mövsüm üçüm təsdiq olunmuş repertuar planı bütövlükdə öz həllini tapa bildi?
M.H.:Azərbaycanın maarifpərvər yazıçısı, publisisti və dramaturqu Cəlil Məmmədquluzadənin yubileyinə töhfə olaraq ədibin “Danabaş kəndinin əhvalatları” povesti Əməkdar artist Namis Şirməmmədov tərəfindən səhnələşdirildi. Rejissor eyni zamanda dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasına müraciət etdi.
Teatrımızın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Ə.Haqverdiyevin yubileyi ilə bağlı “Xortdanın cəhənnəm məktubları” və tanınmış teatrşünas, professor Aydın Talıbzadənin “Tubinot” əsərlərinin eksplikasiyasını hazırladı. Çoxdandır teatrlar monotamaşaya müraciət etmirlər. Əslində, bu janr maraqlı olmaqla bərabər, aktyorların potensial imkanlarının üzə çıxmasına şərait yaradır. Təsəvvür edin, bir saat ərzində təkbaşına, tərəf-müqabil olmadan, yalnız işıq və səs effektlərinin vasitəsilə, bədii tərtibatla oyun qurmalısan və tamaşaçının diqqətini çəkməlisən. Buna həm nəfəs, həm səs, həm enerji, fiziki dözüm, həm də plastika lazımdır. Xalq artisti Firudin Məhərrəmov gənc yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesini gənc aktrisa İlahə Səfərova ilə hazırladı. Diplom tamaşasını bizim teatrda hazırlamış istedadlı gənc rejissor Ümid Abbas isə istedadlı aktyor Kamran Muradlı ilə müəllifin digər əsərinin – “Pələng”in məşqinə başladı. Hər iki əsərdə psixoloji məqamlar var. Kənardan dəvət prinsipi ilə bu dəfə Gülnar Hacıyevanı uşaq tamaşasına quruluş vermək üçün dəvət etdik. Azərbaycan xalq nağılı “Göyçək Fatma” həmişə uşaqların marağın çəkib. Təəssüf ki, yalnız “Danabaş kəndinin əhvalatları”na və “Uşaqlıq” monotamaşasına daxili baxış keçirə bildik. Dünyanı cənginə almış koronavirus pandemiyası bizim də məşqlərimizin dayanmasına səbəb oldu.
L.E.: Pandemiya dövründə teatrın fəaliyyəti necə quruldu?
M.H.:Təbii ki, respublikada bütün mədəni–kütləvi tədbirlərə qadağa qoyuldu. Biz də fəaliyyətimizi dayandırdıq. Ancaq müasir texnoloji imkanlar işimizi, missiyamızı onlayn şəkildə davam etdirməyə imkan verdi. Öncə teatrın rəhbər heyəti ilə videokonfrans keçirdim. Hər kəsə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə dürüst əməl etməyi, maarifləndirmə işində şəhərin müvafiq strukturlarına kömək göstərməyi və yaradıcılıq fəaliyyətinin evdən davam etdirilməsini bildirdim.
Məşqlərin onlayn prosesinə start verildi. Virtual repertuar planını tərtib etdik və “evdə qal, sağlam qal, tamaşa izlə” devizi ilə sosial şəbəkə üzərindən canlı tamaşalarımızı təqdim etdik. Həftənin 5 günü 7 tamaşa olmaqla axşam saat 18.00-da böyüklər, gündüz saat 12.00-da uşaqlar üçün onlayn tamaşalar təqdim etdik. İzləyici sayımız, rəy və təkliflər yetərincə oldu. Virtual repertuarda tarixi təqvim günlərini, xüsusi bayramları da unutmadıq. Mövzuya uyğun gələn, hadisələrlə səsləşən tamaşalardan seçim etdik.
L.E.: Mübariz müəllim, bildiyimə görə, iyun ayında retro tamaşalar göstərmisiniz.
M.H.: Bəli, çünki zamanında Sumqayıt Dövlət Dram Teatrının anşlaqla gedən çox tamaşalarına indiki nəsil baxa bilməyib. Biz bu tamaşaları virtual repertuar planına salmaqla həm köhnə tamaşalar, həm də veteran sənətkarlarla gənclik arasında bir mənəvi körpü yaradırıq. Bir sözlə, ən çətin məqamda belə, biz teatr olaraq, öz missiyamızı layiqincə yerinə yetiririk, sadəcə, format dəyişir. Əlbəttə, teatr canlı sənətdir. Aktyor tamaşaçının nəfəsini, baxışını, münasibətini üzərində hiss eləməlidir, tamaşaçı aktyorun ürəyinin döyüntüsünü eşitməlidir. Amma hələ ki, qlobal bəlaya bu cür qalib gəlmək olar, qanun və tövsiyələrə əməl etmək – vətəndaşlıq borcumuzdur.
L.E.:Yeni mövsümdə tamaşaçılar hansı yeniliklərə şahid olacaqlar?
M.H.:Ötən mövsümdə ilk dəfə olaraq teatrımızın əməkdaşı Fuad Kazımov Ə.Haqverdiyevin “Kimdir müqəssir” əsərini onlayn məşq vasitəsilə hazırlayıb. Monotamaşalar da hazırdır. İnşəallah, sentyabrda monotamaşaların, “Kimdir müqəssir” faciəsinin, “Tubinot” və “Danabaş kəndinin əhvalatları” tamaşalarının premyerası olacaq. “O olmasın, bu olsun” və “Xortdanın cəhənnəm məktubları” daha çox kütləvi səhnələrlə müşaiyət edildiyindən onlayn məşqləri qeyri-mümkün oldu. Sentyabrdan bu tamaşaların və Gülnar Hacıyevanın yozumunda “Göyçək Fatma” uşaq tamaşasının məşqləri davam etdiriləcək. Habelə bir neçə xarici ədəbiyyat nümunəsinə müraciət edəcəyik.
Yəni biz hər zaman tamaşaçıları düşünürük, onların bütün təbəqələrinin zövq dairəsini, arzu və istəyini nəzərə alırıq.
Söhbətləşdi: Leyla Eynullayeva
Müəllifin digər yazıları
Zorakılıq və ədəbiyyat
Minillik tarixə sahib olan ədəbiyyat az qala ilk nümunələrindəncə zorakılığı özündə əks etdirdi. Zorakılıq ədəbiyyatın ən çox işlənən mövzularındadır. Çünki zorakılıq insan...
XX əsr başqa müstəvilərdə olduğu kmi teatrda da mürəkkəb bir dövr, ziddiyyətlərin dərinləşdyi bir əsr olmuşdur. Dram sənətindəki fundamental dəyişikliklər, intellektual paradiqmalarda baş verən qırılmalar, siyasi-bədi...
08 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Ağdam D...
...«Məxfi axşam» əsərini yaradarkən Leonardo da Vinçi çox böyük çətinliklə rastlaşmışdı – o, İsa obrazında Xeyiri və onu bu axşam yeməyində satmağa hazırlaşan İuda obrazında Şəri göstərməli idi. B...
Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub.
Belarusun Azərbaycandakı səfirliyinin nümayəndə...
“Çat vermiş divarda bitən çiçək,
Səni mən dərirəm o çatlaqlardan.
...
Əməkdar artist Rahib Əliyev vəfat edib.
Bu barədə APA-ya mərhumun oğlu Rəşad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
...
27 mart 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü qeyd edilib.
Görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətsevərlərin iştirakı ilə keçirilən ...
/мысли и высказывания деятелей культуры/
…Люди во все времена нуждаются в тепле и душевности. И только театр обладает возможностью живого контакта со зрителем – здесь и сейчас. Подлинное общение – это разг...
ADMİU-da tələbə-teatrşünasların növbəti elmi konfransı keçirilib
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçirilib...