TEATRO

TEATRO

sənət portalı

post-title

Lənkəran teatrında “Casus” tamaşasının premyerası olacaq

Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.

Süjet xətti “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanan bu səhnə əsərində daim Oğuzun təəssübkeşi kimi çıxış edən Dədə Qorqud casusun kim olduğunu bildirsə də, bu məsələyə insani mövqedən yanaşmağa qərar verir. Bunun üçün o, Boğazca Fatmanı casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edərək ölümdən xilas yolunu ona göstərir...

Premyerası oktyabrın 29-da saat 16.00-da oynanılacaq tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.

Rolları Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), artistlərdən Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axindov (Aruz qoca), Səyyad Əliyev, Emil Rzayev (Beyrək) və başqaları ifa edirlər.
 

Load Time (S) : 0.000278