Teatro.az sənət portalı türkiyəli köşə yazarı Nuray Büyükdağın T 24 internet qəzetində yayımlanan məqaləsini təqdim edir.
Bu ölkədə qədimdən bəri hər kəs sənəti də, sənətkarı da sevir! İstər uzaqdan, istər məclis kürsüsündən, istərsə də ən yüksək məqamlardan sənət və sənətkarlar hər zaman sevilir. Sənəti və sənətkarı sevmək bizdən həmişə yüksəkdən seyr edib, məsafəni təyin etməyimizi tələb edir. Buraya sənətçilər üçün verilən qərarlar da daxildir.
Əlbəttə, yuxarıların nəzərində sevimli olmaq üçün bəzi qaydaları yerinə yetirmək şərtdir. Dövlət öz dəstəyi müqabilində xoşagələn açıqlamalar verməyi və xoşagələn mövqedə durmağı tələb edir. Hər dövrdə bu mexanizmə uyğunlaşan sənətkarlarla yanaşı, buna uymayan "təcrid olunmuş" sənətçilər də olub və olmağa da davam edəcək.
Təəssüf ki, bu mexanizmə uymayan və aylardır pandemiya və işsizliklə mübarizə aparan sənətkarların intihar xəbərlərini alırıq. Bir neçə gün əvvəl qəzetlərdən Bəyoğlundakı məkanların birində səhnəyə çıxan, aylardır işsiz qalan Duran Ayın dolanışıq çətinliyi ucbatından intihar etdiyini oxuduq.
Yenə bu günlərdə hökumətdən sənətçilərə 1000 lirə dəstək açıqlaması gəldi. Bu dəstək kiçik yaşlarımda şahid olduğum bir halı - məhəllədə Cəmilə xalanın qurban əti paylamasını yadıma saldı. Bu Cəmilə xala məhəllənin varlı ailələrindən idi. Heç kim “varlıdır, qurban kəsmədi” deməsin deyə məcbur qalıb qurban kəsərdi. Əlbəttə, heyvanları sevdiyindən yox! Qurban ətimi paylayırdı, ya da quyruq yağına az batırılmış ətmi anlamazdıq... Bütün günü alnında kəsdiyi qurbanın qanı ilə gəzərdi.
Sənətin də sənətçinin də uzaqdan belə sevilmədiyi aşkarkən bu saxta qayğı, əlaqə, həssaslıq nə üçündür? Bu qanqrenə çevrilmiş bir münasibətdir. Əslində, olmur, sevə bilmirik deyilsə, hamı rahatlaşacaq.
Yerinə yetirilməyən vədlərdən, uzun və nəticəsiz danışıqlardan ümidini kəsən teatrlar, aktyorlar həyatda və ayaq üstə qalmaq üçün kampaniyalar təşkil edirlər. Bunlardan biri də teatr salonlarını itirmək təhlükəsi ilə üzləşən , bunun üçün fongogo-da kampaniya keçirərək tamaşaçıların dəstəyini gözləyən, “Kadıköy Theatron”dur.
Pandemiyanın yaratdığı bəlaları bir-birimizə dəstək verərək aradan qaldırmağa çalışırıq. Bu günlərdə bizi ayaq üstə saxlayan da, yəqin ki, elə budur.
Həmrəylik hamımız üçün faydalı olacaq ...
Kadıköy Theatron:
“Onsuz da, sağ qalmaq kimi təvazökar bir hədəflə çalışan özəl teatr səhnələri, indilərdə bir-birinin ardınca bağlanır və ya bağlanma təhlükəsi ilə üzləşirlər. Kadıköy Theatron da bunlardan biridir.
“6 ildir açıq saxlamağa çalışdığımız “Kadıköy Theatron” Yel Dəyirmanındakı yeni məkanıyla birlikdə, fərqli komandaların bir araya gəldiyi bir kollektiv qurmaq xəyalı ilə yola çıxmışdı.
Bir mövsüm boyunca bu xəyalımızı gerçəkləşdirdik. Və Teatr Kastı, Olası İşler, İlyas Odman və Mekanla yaratdığımız bu ortaq ruhu çox sevdik.
İndi həm oyun məkanımızı, həm də bu ortaq ruhu itirmə təhlükəsi ilə üz-üzəyik.
Sizin dəstəyiniz, pandemiya zamanı ödəyə bilmədiyimiz və bir müddət ödəyə bilməyəcəyimiz kirayə, vergilər, işçilərin müavinətləri və sabit xərclər üçün istifadə ediləcəkdir.
Dəstəyiniz və güvəniniz üçün əvvəlcədən təşəkkür edirik ... "
ADMİU-nun müəllim heyəti dünyanın ən nüfuzlu ali teatr təhsili müəssisələrindən hesab edilən Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak edib. Yarım ay davam edən kurslar peşəkar aktyorlar, ...
Müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü " əsərinin motivləri əsasında "Edama Məhkumun Son Günü" a...
Ötən dövrlər ərzində, Azərbaycan milli teatr sənəti dialektik anlamda qəbul etsək, çox dəyişmiş, təkmilləşmişdir. Dəyişən dünyamızın dəyirmanında üyüdülən dəyərlər az olmasa da, milli mədəniyyətimizin öz təbi...
Litvanın Xalq artisti, Kaunas Milli Dram Teatrının aktrisası Qrajina Balandite vəfat edib.Bazar ertəsi uzun sürən xəstəlikdən sonra, dünyasını dəyişən 84 yaşlı aktrisa ilə vida mərasimi Kaunas Milli Dram Teatrında keçirilib.Litvan...
Gənc aktyor Ernst Lüdviq anasının ağır xəstəliyi barədə teleqramı təzə rolun mətni ilə eyni vaxtda aldı; mətni və teatrın ünvanına göndərilən teleqramı ona kuryer təqdim eləmişdi.
Lüdviq çox da ləngimədi, elə axşam...
Bu il 20-29 Mart tarixlərində keçirilməsi nəzərdə tutulan VII Frankfurt Türk Teatr Festivalı Avropa ölkələrində COVİD-19 virusunun yayılması səbəbindən 5 – 15 İyun tarixinə keçirilib.Frankfurt Teatrından verilən məlumata görə, Türkiyənin Frankf...
2008-ci il idi. Tələbə adını qazanmışdıq, ancaq hara daxil olduğumuzun fərqinə varmırdıq. Bircə onu bilirdik ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” ixtisasında təhsil alacağıq. Universitetə...
Teatr bundan sonra Bakı Uşaq və Gənclər Teatrı olaraq fəaliyyətini davam etdirəcək.Teatrın adının dəyişdirilməsi ilə bağlı təqdimat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilib və hazırda bu işlərə səlahiyyətli olan Azərbaycan Resp...