Dramaturq İsmayıl İmanın müasir gənclərin problemləri haqqında yazdığı pyes teatr tənqidçisi Pavel Rudnev tərəfindən bəyənilib.
Məşhur rus teatrşünas, art-menecer, sənətşünaslıq elmləri namizədi Pavel Rudnev azərbaycanlı yazıçı və dramaturq İsmayıl İmanın “Big in Japan” (“Böyük Yaponiya”) əsərini 2019-2020-ci il teatr mövsümünün ən yaxşı pyesləri siyahısına daxil edib.
İsmayıl İman üçün bu xəbər gözlənilməz olub. Pyes üzərində işi 2020-ci ildə tamamlayıb. İsmayıl İmanın sözlərinə görə əsər müasir gəncliyin problemlərindən bəhs edir.
Rudnevin siyahısına həmçinin Oljas Canaydarov, Sergey Davıdov, Dimitriy Danilov, Yelena Erpılevoya və başqaları daxil edilib.
İsmayıl İman “Sevil”, “Limbo”, “Astara bağları” və bir çox pyeslərin müəllifidir. Onun əsərlərini tez-tez “dOM” İnteraktiv teatrının repertuarında görmək olar. O həmçinin “Mənim balaca Şəhzadəm” qısametralı animasiyasının senari müəllifidir.
Pavel Rudnev Rusiyanın müasir teatr proseslərinin tədqiqatçılarından biri, MXAT studiya məktəbinin və QİTİS-in dosentidir. Müxtəlif illərdə “Qızıl Maska” festivalının eksperti, “Maska Plus” verilişinin kuratoru olub. “Avrasiya”, “Kulminasiya”, “Lubimovka”, “Remark” və bir çox Rusiya və beynəlxalq dramaturgiya müsabiqələrinin münsiflər heyətində çıxış edib.
Oxşar yazılar
Uğurları ilə dünyanı gəzən rejissor
Sankt-Peterburq şəhərində keçirilən “Məktəb. Studiya. Emalatxana” festivalı çərçivəsində Azərbaycanlı dramaturq İsmayıl İmanın yazdığı “Astara bağları&rdqu...
Dekabrın 19-da İsveçrənin “Le temps” qəzetinin saytında 21-ci əsrin ən görkəmli teatr xadimlərinin siyahısı yayımlanıb.
Əsrimizin 20 ən yaxşı tamaşasını seçmək ideyası pandemiya dövründə meydana gəlib...
1989-cu ildə Harold Pinterin “Dağ dili” və “Ad günü” pyesləri Nyu-Yorkda ilk dəfə səhnəyə qoyulur. Tənqidçi Frank Riç Nyu-York Times qəzetində pyeslərin hər ikisinin eyni “qrotesk final&rdqu...
Əməkdar artist Mansur Mansurov vəfat edib.Bu barədə APA-ya Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumat verib.O, M.Mansurovun aprelin 22-də axşam saatlarında uzun sürən xəstəlikdən vəfat etdiyini bildirib. M....
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
16 aprel
K.Abdulla “Bir, iki, bizimki” saat 19:00
17 aprel
Elçin “Mənim ərim dəlidir” saat 19:00
18 aprel
C.Cabbarlı “Aydın” saat 19:...
Bu günlərdə İsveç Krallığının Stokholm şəhərində Azərbaycan İsveç Dram Teatrı "Tumurcuq" 1 yaşını öz kollektivi ilə bərabər qeyd edib. Bu münasibətlə teatrın kollektivi ilə keçirilən görüşdə teatrın bədii rəhbəri və rejissoru Sevinc Nəzərli bildirib ...
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tamaşaların əsas etibarilə uşaqlar üçün hazırlanması səbəbindən M.A.P festivalı ərəfəsində Bakıya gələn kukla tamaşalarına həm kiçiklər, həm də böyüklər maraq...
(ikinci məqalə)
M.Qorki adına Moskva Bədaye Akademik Teatrı (MXAT-2). MXAT-ın iki yerə bölünməsi onların yollarını ayırdı. Rəhbəri, o vaxtadək heç bir rejissorluq və inzibati təcrübəyə malik olmayan Tatyana Vasilyev...
“2020-ci il üçün Akademik Milli Dram Teatrının qastrol və festivallarla bağlı planları böyükdür. Bizə bir neçə ölkədən dəvət var”Bunu Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib. Onun sözlərinə görə...
Həqiqət niyə kor olsun ki?
Bunu mən qədim Afina kişisi Sofoklisdən soruşmalıyam əslində. Çünki məhz o, həqiqəti kor adland...